Ana səhifə Planet |
00:24
Qazaxıstanın keçmiş naziri, vətəndaş nikahında olduğu Səltənət Nukenovanı qətlə yetirməkdə təqsirli bilinən Kuandıq Bişimbayev cəzaçəkmə müəssisəsindən yoxa çıxıb.
Axar.az xəbər verir ki, onun itkin düşməsi barədə AIRAN telekanalının jurnalistləri xəbər tutub.
Hökmdən sonra eks-nazir 24 il cəzasını çəkmək üçün Arşalı kəndində yerləşən cəzaçəkmə müəssisəsinə göndərilib. Amma hazırda o, orada yoxdur. Bişimbayevin sözügedən türmədə olmaması barədə məlumatı onun vəkili də təsdiqləyib. Qazaxıstanın hüquq-mühafizə orqanları hökmdən sonra eks-nazirin harada olduğu barədə məlumat yaymayıb.
Qeyd edək ki, Bişimbayev Astanadakı “Bau” restoranında həyat yoldaşı Səltənət Nukenovanı mübahisə zəminində döyərək öldürmüşdü.
***
Sosial şəbəkələrdə K.Bişimbayevin qaçması ilə bağlı yayılan məlumatlar həqiqətə uyğun deyil və məhkum cəzasını ciddi rejimli müəssisədə çəkir.
Bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin məlumatında deyilir.
Qeyd olunub ki, yalan məlumatın yayılması ilə bağlı artıq cinayət işi başlanıb və təqsirkarlar məsuliyyətə cəlb olunacaqlar.
Tarix
2024.11.11 / 01:21
|
Müəllif
Axar.az
|