Yuxarı

"Bayraqdar" dünya aviasiya tarixində ilkə imza atdı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
"Bayraqdar" dünya aviasiya tarixində ilkə imza atdı

Türkiyənin “Baykar” şirkəti tərəfindən yerli imkanlarla istehsal olunan “Bayraqdar TB3” yeni nəsil silahlı pilotsuz uçuş aparatı (SİHA) qardaş ölkənin digər milli istehsalı olan “TCG Anadolu” hərbi amfibiya gəmisi üzərindən ilk uçuş testini uğurla başa vurub. Bununla da “Bayraqdar TB3” dünya aviasiya tarixində SİHA olaraq ilk dəfə qısa uçuş-enmə zolağına malik dəniz vasitəsində qalxış və enmə manevrini uğurla həyata keçirə bilib.

Axar.az Azərtac-a istinadən xəbər verir ki, “Bayraqdar TB3” indiyə qədər həyata keçirilən test uçuşlarında ümumilikdə 700 saatdan çox havada qalıb. Türkiyənin milli SİHA-sı ötən il dekabrın 20-də həyata keçirilən uzun uçuş testində isə yerə enmədən 32 saat havada qalaraq 5700 kilometr məsafə qət edib.

“Bayraqdar TB3” bu ilin mart ayında Türkiyənin texnologiya nəhənglərindən “Aselsan” tərəfindən yerli imkanlarla təkmilləşdirilən, dünyadakı müvafiq sistemlərə nisbətən ən yüksək performansa sahib “ASELFLIR-500” Elektro-Optik Kəşfiyyat, Nəzarət və Hədəfləmə Sistemi ilə təchiz edilib.

Tarix
2024.11.19 / 20:40
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla