Yuxarı

Suriyadan ziddiyyətli xəbərlər: “Təhrir əş-Şam” irəliləyir?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Suriyadan ziddiyyətli xəbərlər: “Təhrir əş-Şam” irəliləyir?

Suriyada Bəşər Əsəd rejiminə qarşı böyük əməliyyata başlayan “Heyət Təhrir əş-Şam” sürətlə Hələb şəhərinə doğru irəliləyir.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, “Heyət Təhrir əş-Şam” və yerli müxalif qruplaşmaların ələ keçirdiyi yaşayış məntəqələrinin sayı 52-yə çatıb. Silahlı qruplaşmaların hətta Hələbin 1 kilometrliyinə çatdıqları da bildirilir. Onların son iki gündə ələ keçirdikləri ərazi 400 kv.km-dən çoxdur.

Bildirilib ki, “Heyət Təhrir əş-Şam”ın tutduqları ərazilərdə Əsəd ordusuna aid ağır silahlar və hərbi texnikalar ələ keçirilib, onlarla Suriya hərbçisi əsir götürülüb.

Suriya insan haqları mərkəzinin məlumatına görə, iki gün ərzində hərbi əməliyyatlar zamanı ölənlərin sayı 182-yə çatıb. Ölənlərin 102-nin “Heyət Təhrir əş-Şam”ın, 19-nun yerli müxalif qruplaşmaların, 61-nin isə Suriya ordusunun hərbçisi olduğu bildirilib.

Qeyd edək ki, Rusiyanın Suriyada Müharibə Tərəflərinin Barışıq Mərkəzinin rəis müavini birinci dərəcəli kapitan Oleq İqnasyuk Suriya ordusunun Rusiya Aerokosmik Qüvvələrinin dəstəyi ilə Hələb və İdlib əyalətlərinə hücum edən azı 400 silahlını məhv etdiyini iddia edib. O bildirib ki. bu gün 7:50-yə olan məlumata görə, “Təhrir əş-Şam” Hələb və İdlibə hücuma keçib, Suriya ordusu isə Rusiya aviasiyasının dəstəyi ilə müqavimət göstərir və ciddi qarşıdurma davam edir.

“Əl Mayadin” isə Suriya ordusunun Hələb və İdlibdə “Heyət Təhrir əş-Şam” qruplaşmasına qarşı əks-hücum əməliyyatına başladığı haqda məlumat yayıb.

Tarix
2024.11.29 / 10:49
Müəllif
Axar.az
Digər xəbərlər

Oranın azad edilməsi müharibənin taleyində mühüm rol oynadı

Azərbaycan üzərindən Kuşnerə 1 milyard köçürülüb?

Tramp hazırlaşır: İrana hücumun detalları

Azərbaycan və Hindistan XİN rəhbərləri görüşdü

İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul etdi

Zəmin hazırlanır: İrana hücum nə vaxt başlayacaq?

Bakı və Ankaraya qarşı planın əsas hədəfi - Akyar

Azərbaycan BMT-də mina təhlükəsi məsələsini qaldırdı

Qalibafdan sirli paylaşım: Çıx get! - Foto

TBMM-də çıxış: Əliyevi hədəf alanlar... – Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla