Yuxarı

"Artıq Minsk danışıqlarına getməyəcəyəm, bitdi..."

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukraynanın Minsk danışıqlarında iştirak edən nümayəndəsi Roman Bezsmertni prosesdən çıxmaq barədə qərar verib.

Axar.az xəbər verir ki, Minsk danışıqlarında iştirak edən vasitəçi qrupun nümayəndəsi Bezsmertni açıqlamasında prosesdən çıxmaq qərarını belə əsaslandırıb:

"Mən artıq növbəti görüşlərə getməyəcəyəm. Ən azı buna ümid edirəm. Özüm üçün məsələni həll etdim və bu barədə danışıqlarda iştirak edənlərə məlumat verdim. Həyatımda bu mərhələni bitirirəm. Danışıqların perspektivlərinə gəlincə, necə olur ki, Minsk razılaşması ilə bağlı öhdəliklər yerinə yetirilmir? Bu danışıqların ilk bəndlərinə belə əməl edilməyib".

Qeyd edək ki, Ukrayna-Rusiya arasında Donetsk münaqişəsi ilə bağlı Minsk razılaşması əldə edilib. Razılaşmanın ilk bəndinə əsasən, tərəflər atəşkəs rejiminə əməl etməlidir, ancaq münaqişə zonasında separatçılar mütəmadi olaraq atəşkəs rejimini pozur.

Tarix
2016.04.29 / 00:35
Müəllif
Pərviz Həsənov
Şərhlər
Digər xəbərlər

Bu təşkilat bir adamın əlində alətə çevrilməməlidir

Bakı buna nail oldu: indi qalib önündə təkik - Geqamyan

Əliyevi gözləyirik, Nikol isə gəlməlidir. Əgər gəlməsə…

Türkiyə İsraillə ticarəti kəsdi: milyardlardan imtina etdi

Kupman Bakıda: Hacıyevlə görüşdü - Foto

Bakı Forumunun yekununda Bəyannamə qəbul edildi

NATO tankları Moskvanın mərkəzində - Foto

Bayramov Quterreşin müşaviri ilə COP29-u müzakirə etdi

Bakıdan Moskvaya: Bu məsələdə qərarlıyıq!

Ceyhun Bayramov Putinin xüsusi nümayəndəsi ilə görüşdü

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla