Yuxarı

Düşünürdülər ki, Hizbullah sonacan onlarla olacaq... - ABŞ

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Düşünürdülər ki, Hizbullah sonacan onlarla olacaq... - ABŞ

Livanda atəşkəs razılaşmasının əldə edilməsi HƏMAS hərəkatına təzyiq edir və onu Qəzza zolağında atəşkəs mümkünlüyünü yenidən nəzərdən keçirməyə məcbur edir.

Axar.az xəbər verir ki, bunu ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan bəyan edib.

“Düşünürəm ki, HƏMAS təzyiqi hiss edir. Çünki onların əsas ortaqlarından biri olan Hizbullah atəşkəslə bağlı danışıqlar aparıb. Düşünürdülər ki, Hizbullah sona qədər onlarla olacaq. Onlar, əlbəttə ki, təzyiq hiss edirlər, çünki onların əsas lideri Yəhya Sinvar öldürülüb.

Beləliklə, indi onlar girovlarla bağlı atəşkəs razılaşmasının mümkünlüyünü yenidən qiymətləndirə bilərlər. Biz buna nail olmaq üçün İsrail, Türkiyə, Qətər və Misir də daxil olmaqla, regionun bütün əsas oyunçuları ilə fəal şəkildə əlaqə saxlayırıq. Buna mümkün qədər tez nail olmaq üçün yaxın günlərdə və hətta bu gün məsləhətləşmələr olacaq”, - deyə o qeyd edib.

2025-ci il yanvarın 20-də ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın andiçmə mərasimindən əvvəl İsrail və HƏMAS arasında razılıq əldə etməyin mümkün olub-olmaması ilə bağlı suala Sallivan belə cavab verib:

“Düşünürəm ki, indi atəşkəs qərarının asılı olduğu əsas oyunçu HƏMAS-dır”.

Tarix
2024.12.02 / 00:26
Müəllif
Axar.az
Digər xəbərlər

Suqovuşan və Talışın azad edilməsindən altı il ötür

Baş katibdən TDT ilə bağlı bəyanat

Böyrümüzdə Azərbaycan dilində bizə qarşı... - Prezident

Aysel Bayramova işdən çıxdı

Putinin etirafı: Rusiya kimi nəhəng ona möhtacdır...

Hafiz Paşayev təltif olundu

Ermənistan MTX-dən hərbçimizlə bağlı açıqlama

Nazir 20 ilin prorektorunu işdən çıxardı - Foto

ABŞ ordusunda xidmət edən Kəmalə: Başıma iş açdım...

Köhnə qvardiya YAP rəhbərliyinə qayıtdı - Detallar

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla