Yuxarı

İsrailin Suriyaya zərbələr endirməsinin səbəbi - Saar

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsrailin Suriyaya zərbələr endirməsinin səbəbi - Saar

İsrail Suriyanın ağır silah anbarlarına qarşı hava hücumlarını gücləndirəcək və sabiq prezident Bəşər Əsədin devrilməsi nəticəsində yarana biləcək hər hansı təhlükəni dəf etmək üçün yerdə məhdud şəkildə də olsa, hərbi varlığını davam etdirəcək.

Axar.az xəbər verir ki, bu barədə "Röyters" agentliyi İsrailin xarici işlər naziri Gideon Saara istinadən məlumat yayıb.

Nəşr qeyd edir ki, İsrail Suriyadakı hadisələri ümid və narahatlıqla izləyir, son illərdə Yaxın Şərqdə baş verən ən mühüm strateji dəyişikliklərdən birinin nəticələrini qiymətləndirir.

Saar bildirib ki, İsrail kimyəvi və uzaqmənzilli raketlər kimi strateji silah sistemlərinə hücum edir ki, onlar ekstremistlərin əlinə keçməsin.

Qeyd edək ki, İsrail ordusu Qolan təpələrində Suriya ilə sərhəddəki bufer-zonaya irəliləyib və bura əlavə qüvvələr cəlb edib, həmçinin mütəmadi olaraq Suriya ərazisinə zərbələr endirir.

Tarix
2024.12.10 / 08:30
Müəllif
Pərviz Həsənov
Digər xəbərlər

Azərbaycanda büdcə layihəsi ilə bağlı əlavə risklər açıqlandı

Rusiya Ukrayna üçün xəritə “cızdı” - Foto

Türkiyə ilə sərhədlərin tam açılmasına çox yaxınıq - Nikol

İran rejiminin süqutu başlayıbmı?

Quterreşdən anlamlı çıxış: Belə sülh qura bilməzsiniz...

Türkiyəni işğaldan İran xilas edib? - Qalmaqal böyüdü

Dövlət müəssisələrinin borclanmasına limit qoyulacaq

"Avronyus" İlham Əliyevin Dublin səfərindən yazdı

Bu, Bakı ilə münasibətlərdə yeni fəsil açacaq - Vud

Hacıyevin işdən çıxarılmasının səbəbi - İşdə sevgi macərası

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla