Yuxarı

Suriyanın yeni baş naziri mühüm 3 hədəfi açıqladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Suriyanın yeni baş naziri mühüm 3 hədəfi açıqladı

Suriya keçid hökumətinin Baş naziri Məhəmməd əl-Bəşir qarşıya qoyduqları hədəfləri açıqlayıb.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.

“Birincisi, Suriyanın bütün şəhərlərində təhlükəsizliyin və sabitliyin bərpa olunmasıdır. İnsanlar haqsızlıqdan, zülmdən tükənib. Hakimiyyət yenidən qurulmalıdır ki, insanlar öz işlərinə və normal həyata qayıda bilsinlər.

İkincisi, xaricə gedən milyonlarla suriyalını geri qaytarmaqdır. Onların insan kapitalı və təcrübəsi ölkənin inkişafını təmin edəcək. Xaricdəki bütün suriyalılara çağırış edirəm: Suriya indi öz qürurunu və şərəfini qazanmış azad bir ölkədir. Geri qayıdın. Biz yenidən qurmalıyıq, yenidən doğulmalıyıq və hər kəsin köməyinə ehtiyacımız var”, - baş nazir deyib.

Üçüncü hədəflərinin strateji planlaşdırma olduğunu bildirən Bəşir suriyalıların elektrik, çörək və su kimi əsas xidmətlər olmadan yaşaya bilməyəcəklərini vurğulayıb:

“Biz keçid hökumətiyik, lakin bu mövzuda işə başlamalıyıq. Hələb, Həma və Dəməşqə girdiyimizdə suriyalılar ikiqat qaranlıqda yaşayırdı: rejimin qaranlığı və elektrik verilişinin fasiləsi zamanı yaranmış qaranlıq. Bu tamamilə qəbuledilməzdir”.

Baş nazir eyni zamanda vurğulayıb ki, Suriyanın iqtisadi vəziyyəti çox ağırdır:

“Dövlət büdcəsində sadəcə dəyəri olmayan Suriya lirəsi var. Xarici valyutamız yoxdur, kreditlərə və istiqrazlara gəlincə, biz hələ də məlumat toplayırıq. Yəni maddi cəhətdən çox pisik. Borc böyükdür, çətinliklər çox böyükdür, lakin bizim uğur qazandığımız İdlib təcrübəmiz var. Suriyanı inkişaf etdirə bilərik. Bu, vaxt aparacaq, amma buna nail olacağıq”.

Tarix
2024.12.11 / 16:21
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Əliyevin liderliyi ilə çox vacib addımlar atılır - Türkiyə XİN

Heydər Əliyevin nəvələri ilə səmimi - Videosu

Tehran və Bakı ortaq gələcək qurmağa sadiqdir - Arakçı

TRT-dən Heydər Əliyevlə bağlı xüsusi reportaj - Video

Heydər Əliyev xaricdən yazılmış bu ssenarini poza bildi...

XİN Keniyanı Milli Günü münasibətilə təbrik etdi

Heydər Əliyev irad bildirdi ki, bunu niyə vaxtında deməmisən

Bakı Ermənistana yanacaq göndərir? - Qriqoryan

Separatçıların İrəvandakı ofisi bağlanacaq

Tokayev Xəzərə görə dünyaya çağırış etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla