Yuxarı

General planlı şəkildə öldürülüb - Zaxarova

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
General planlı şəkildə öldürülüb - Zaxarova

Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qüvvələrinin rəisi İqor Kirillovun öldürülməsi Qərbin Kiyevin hərbi cinayətlərini dəstəkləməsinin nəticəsidir.

Axar.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

O qeyd edib ki, general İqor Kirillov və onun köməkçisi planlı şəkildə öldürülüb; o, insanların işə, uşaqların məktəbə və uşaq bağçasına getdiyi bir vaxtda yaşayış binasının yaxınlığında qətlə yetirilib:

"Moskvadakı terror aktı bütün bu illər ərzində Kiyev silahlılarının hərbi cinayətlərinin Qərb tərəfindən təsdiqlənməsi spiralının davamı idi".

Onun sözlərinə görə, Kirillov iki il yarım əvvəl Kiyev rejiminin bir çox digər qurbanlarının yerləşdiyi Ukraynanın “Sülhməramlı” ("Миротворец") saytının məlumat bazasına daxil edilib:

"Artıq illərdir ki, bununla bağlı həyəcan təbili çalırıq. Amma Amerikanın peykləri susur. Və “Sülhməramlı” veb-saytı ABŞ tərəfindən dəstəklənir. Onların dövründə olduğu kimi, Şimali Qafqazda fəaliyyət göstərən terrorçuların saytları Şimali Avropada yerləşirdi".

Qeyd edək ki, bu gün səhər Moskvada baş verən partlayış nəticəsində Rusiya Silahlı Qüvvələrinin radiasiya, kimyəvi və bioloji müdafiə qoşunlarının komandanı, general-leytenant İqor Kirillov öldürülüb. Generalın Ukrayna Baş Kəşfiyyat İdarəsinin sui-qəsdi nəticəsində öldürüldüyü barədə məlumat yayılıb.

Tarix
2024.12.18 / 00:39
Müəllif
Axar.az
Digər xəbərlər

Mustafayev Rusiya müdafiə nazirinin müavini ilə görüşdü

Azərbaycanda benzin bahalaşa bilər

Zelenskidən İlham Əliyevə: İnanıram ki, bundan sonra...

Azərbaycanla Gürcüstanın dostluğu güclənir - Kavelaşvili

Paşinyan açıqladı: Ən geci bir ay ərzində...

Dünya liderləri İlham Əliyevi təbrik edir

Bakı ilə əlaqələrə xüsusi önəm veririk - Yunanıstan prezidenti

Almaniya səfirliyi Azərbaycan xalqını təbrik etdi - Video

Aqrar sektor strateji iqtisadi istiqamət kimi dəyərləndirilir

İsrail səfirliyi Azərbaycan xalqını təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla