Yuxarı

Öcalan Türkiyədən nələri istəyir? - Sensasion müraciət

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Öcalan Türkiyədən nələri istəyir? -

Xəbər verdiyimiz kimi, Türkiyənin DEM Partiyasının millət vəkilləri Sırrı Sürəyya Öndər və Pərvin Buldan İmralı həbsxanasında PKK lideri Abdullah Öcalanla görüşüb.

Axar.az Türkiyə mediasına istinadən xəbər verir ki, İmralı toplantısından sonra DEM Partiyası Öcalanın fikirlərini açıqlayıb:

- Türk-kürd qardaşlığının yenidən möhkəmləndirilməsi təkcə tarixi məsuliyyət deyil, həm də bütün xalqlar üçün taleyüklü əhəmiyyət və aktuallıq qazanıb;

- Prosesin uğuru üçün Türkiyədə bütün siyasi dairələrin dar düşüncələrə qapılmadan təşəbbüs göstərməsi, konstruktiv hərəkət etməsi və müsbət töhfələr verməsi vacibdir. Bu töhfələrin ən mühüm zəminlərindən biri də şübhəsiz ki, Türkiyə Böyük Millət Məclisi olacaqdır;

- Qəzza və Suriya hadisələri göstərdi ki, kənar müdaxilələrlə çıxılmaz hala gətirilən bu problemin həlli artıq təxirə salınmamalıdır. Bu məsələdə uğur qazanmaq üçün müxalifətin töhfələri və təklifləri də dəyərlidir;

- Hörmətli Baxçalı və cənab Ərdoğanın gücləndirdiyi yeni paradiqmaya lazımi müsbət töhfə vermək səlahiyyətinə və qətiyyətinə sahibəm;

- Nümayəndə heyəti bu yanaşmanı həm dövlət, həm də siyasi dairələrlə bölüşəcək. Bunlarla yanaşı, mən lazımi müsbət addımı atmağa və çağırış etməyə hazıram;

- Bütün bu səylərimiz həm ölkəni layiq olduğu səviyyəyə çatdıracaq, həm də demokratik dönüşüm üçün çox dəyərli addım olacaq;

- Bu dövr Türkiyə və region üçün sülh, demokratiya və qardaşlıq dövrüdür”.

Xatırladaq ki, daha əvvəl MHP lideri Dövlət Baxçalı Öcalanın təcridinin aradan qaldırılması ilə bağlı şərtlərini irəli sürmüşdü.

Tarix
2024.12.29 / 14:44
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Ermənistanın COP17-yə ev sahibliyi ilə bağlı müraciət

Ermənistandan sonra bu türk ölkəsi də “Akaş” aldı

Binəli Yıldırımdan Azərbaycanla bağlı mühüm sözlər - Video

Prezident Vətən müharibəsi ilə bağlı video paylaşdı

Cinayətlərlə bağlı cəzanın təxirə salınması barədə qərar

Axtarışa verilən Cəlal Çiftçi Azərbaycandan üzr istədi

İlham Əliyev Milli Paralimpiya Komitəsini təbrik etdi

Türk yazarlardan Azərbaycan və Türkiyə ilə bağlı - Bəyanat

Pilotun aşkar edilməsi tapşırıqları icra olundu

İrəvan Bakı ilə enerji əməkdaşlığını nəzərdən keçirir

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla