Yuxarı

Sərkisyan kimin oğludur? - Müəmma/Foto

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistan Prezident Serj Sərkisyanın sosial şəbəkələrdə komsomol biletinin fotosu yayılıb.

Axar.az xəbər verir ki, 1982-ci ildə verilən N 12000631 saylı komsomol bileti bir çox suallar doğurub. Belə ki, komsomol biletində 1954-cü ildə doğulan Sərkisyanın adı Serjik olaraq göstərilib, ən qəribəsi isə odur ki, "atasının adı" qrafası boş buraxılıb.

Bundan əlavə, bəllidir ki, Serjik Sərkisyan Xankəndidə doğulub, burda yaşayıb və işləyib. Sovet sistemində isə dəmir intizam vardı – kim harda yaşayıb-işləyirdisə, oradan da sənədini alırdı. Ona görə sual yaranır: necə olur ki, Sərkisyan komsomol biletini Ağdamdan alıb? Nəzərə alsaq ki, komsomol biletinin verilmə tarixi 1982-ci ildir, onda növbəti sual ortaya çıxır: 14 yaşı olarkən sovet uşaqlarının ucdantutma hamısı komsomola keçdiyi halda Sərkisyan niyə 28 yaşda bilet alıb?

"Exo Moskva" qəzetinin Baş redaktoru Aleksey Venediktov "48 dəqiqə" verilişinin 2009-cu il 22 aprel tarixli buraxılışında Levon adlı şəxsin SMS-ni oxumuşdu. Orda yazılmışdı: "Əvvəla, Serj yox, Serjik. O, Ermənistanın prezidenti deyil, hakimiyyəti qəsb edib. Diktator və ondan da artığıdır. Sərkisyan bir çox Qarabağ qəhramanlarının qatilidir. Onun Monte Melkonyanın da qətlində əli olduğu bildirilir. Ola bilsin ki, Melkonyanı şəxsən kürəyindən güllələyib" (Zəruri olaraq qeyd edək ki, beynəlxalq terrorçu Melkonyanı Azərbaycan əsgəri İbad Hüseynov məhv edib – red.)

Daha sonra Venediktov digər məqama diqqət çəkib. "Sərkisyan 1954-cü il 30 iyunda anadan olub. Atası İrəvan əsillidir, repressiya olunub. Görünür, o, Xankəndində gizlənirmiş və buna görə də Serjik ata adını komsomol biletində göstərməyib".

Daha sonra Serjikin komsomolla yolu ayrılıb. Venediktov sözügedən müsahibəsində deyir ki, Sərkisyan Xankəndi şəhər komsomol komitəsinin sədri işləyib, ikinci katibi isə Robert Köçəryan olub. Daha sonra Sərkisyan Dağlıq Qarabağ Kommunist Partiyası birinci katibinin köməkçisi kimi çalışıb.

Bax, erməni liderin belə qaranlıq tərcümeyi halı var.

Tarix
2016.05.06 / 23:27
Müəllif
Axar.az
Şərhlər
Digər xəbərlər

ABŞ-dan yeni "dalğa": Şuşa açıqlaması və 600 min rüşvət…

İlham Əliyev və Rəisi bu iki bəndin açılışında iştirak edəcək

Ermənilərin yaydığı nümunə: sərhədə baxın... - Foto

Kupman Cənubi Qafqazdan sonra Türkiyəyə gedir

Mehriban Əliyeva xristian icmasını təbrik etdi

Baxçalı “Əhməd Cavad" Şərəf Medalı ilə təltif olundu

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

İƏT-dən azərbaycanlıların Ermənistana qayıdışına dəstək

Azərbaycan və Somali qarşılıqlı əməkdaşlığı müzakirə etdi

İsa Qəmbərin seçilən gün Əliyev etirafı və mesajı…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla