Ana səhifə Planet |
Türk Hava Yollarında təyyarə ekipajının 2025-ci il üçün maaş cədvəli açıqlanıb.
Axar.az lent.az-a istinadən xəbər verir ki, yeni başlayan stüardessaların maaşı 70-100 min lirə (təxminən 3363-4805 AZN) arasında dəyişir.
Təcrübəli stüardessaların maaş aralığı 100 mindən 160 min lirəyə (təxminən 7688 AZN) qədərdir.
Bundan başqa THY həmçinin ekipaj üzvləri üçün bəzi əlavə ödənişlər və üstünlüklər də təklif edir.
Daxili və beynəlxalq uçuşlar üçün əlavə ödəniş edilir. Uzun məsafəli uçuşlar üçün uçuş kompensasiyası gündəlik 1000 lirə (təxminən 48 AZN) ilə 7500 lirə (təxminən 360 AZN) arasında dəyişə bilər.
Beynəlxalq uçuşlar üçün oteldə yerləşmə və yemək ödənişləri tamamilə Türk Hava Yolları tərəfindən qarşılanır.
Beynəlxalq standartlara uyğun iş vaxtından artıq işləyənlər əlavə ödənişlər alırlar.
Ekipaj üzvləri hərtərəfli tibbi sığortadan faydalanır.
Xaricə həyata keçirilən uçuşlar üçün də əlavə ödənişlər və gündəlik müavinətlər yığılır.
Tarix
2025.01.05 / 01:17
|
Müəllif
Axar.az
|