Yuxarı

Türkiyə üçün pis xəbər: AB yeni məhdudiyyət tətbiq etdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Türkiyə üçün pis xəbər: AB yeni məhdudiyyət tətbiq etdi

Avropa Birliyi yaşıl pasportu (xüsusi pasport - red.) olan Türkiyə vətəndaşları üçün “ön viza” tətbiq etməyə başlayır.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Qeyd edilir ki, cari ilin ilk yarısında Almaniya, Fransa və Niderland da ETİAS adlı sistemə daxil olacaq. Yaşıl pasportu olanlar proqramı yükləyib 7 avro ödəyəcək, sonra pasport məlumatlarını sistemə daxil edəcəklər. Sistem təsdiq etməsə, həmin şəxs AB-yə daxil ola bilməyəcək.

AB Səyahət və Avtorizasiya Sistemi ETİAS 2025-ci ilin birinci yarısında tətbiq olunacaq. Müvafiq olaraq, yaşıl və ya boz pasporta malik olan və AB vizası tələb olunmayan şəxslər AB-yə üzv ölkələr və İsveçrə, İslandiya, Norveç və Lixtenşteynə səyahət edərkən ETİAS sistemində qeydiyyatdan keçəcəklər.

Almaniya, Fransa və Niderland 2021-ci ildə başlaması nəzərdə tutulan sistemi tamamlaya bilməsə də, bəzi AB üzvü ölkələr 2024-cü ilin noyabr ayının ortalarında sistemdən istifadə etməyə başlayıb. Təhlükəsizlik məqsədi ilə hazırlanmış sistemdə ilkin viza yoxlanışı olacaq. Müraciətlərin 90-95 faizinin müsbət cavab alacağı ehtimal edilir.

Türklərin ən çox səyahət etdiyi ölkələrdən biri olan Almaniyaya gedəcək yaşıl və diplomatik pasportlara malik şəxslər üçün ilkin bildiriş 2025-ci ilin ilk yarısında başlayacaq. Türklər də daxil olmaqla, 1 milyard insanın ETİAS-dan təsirlənəcəyi gözlənilir.

Tarix
2025.01.05 / 10:00
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycan bu ölkə ilə diplomatik əlaqə qurdu

İlham Əliyev BƏƏ-nin vitse-prezidentinə başsağlığı verdi

Mansur Yavaş CHP-dən istefa verdi

Rusiya bu qərarlarımıza hörmət etməlidir - İrəvan

Azərbaycan İrəvanda planlaşdırılan görüşü təxirə saldı

Prezident iki səfiri qəbul etdi - Foto

Ermənistanın “ən məxfi qadını” Bakıya gəldi - O kimdir?

Prezident Martin Rayanı əfv etdi

İham Əliyev Səudiyyə Ərəbistanının Kralını təbrik etdi

Tramp Hikmət Hacıyevin müsahibəsini paylaşdı - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla