Yuxarı

Sanduya verilən ən bahalı hədiyyə Azərbaycandan olub

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

Jurnalistlər Moldova Prezidenti Maya Sandunun 2024-cü ildə aldığı hədiyyələri açıqlayıblar.

Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə material IPN agentliyinin saytında dərc olunub.

Belə ki, ən bahalı hədiyyəni Azərbaycan Respublikasının Moldovadakı səfiri Ülvi Vaqif oğlu Baxşəliyev verib. Səfirimiz xalça bağışlayıb. Səfirlərin akkreditasiya mərasimi çərçivəsində təqdim olunan məhsul ənənəvi xalq üslubunda hazırlanıb və Qarabağ Xalçaçılıq Məktəbində istehsal olunub. Qeyd olunur ki, hədiyyənin dəyəri 17 490 ley təşkil edir.

Bundan əlavə, dəbdəbəli hədiyyələr arasında Cənubi Bessarabiyanın yepiskopu Veniamindən 9250 ley dəyərində bir ikona var. Öz növbəsində Fransanın xarici işlər naziri Ketrin Kolonna ləçəkləri açıq qızılgüldən ibarət əl istehsalı suvenir təqdim edib.

Tarix
2025.01.12 / 20:41
Müəllif
Axar.az
Digər xəbərlər

Uitkoff Moskvadan Bakıya gəlib? - Sensasion səbəb

Müqavilə mətnində bu barədə bənd yoxdur - Mirzoyan

Sülh sazişi bu ölkədə imzalana bilər - Zülfüqarov

Bu ölkələr Bakı və İrəvanın addımını alqışladı

Şimali Makedoniya prezidentinin Azərbaycana səfəri başa çatdı

Azərbaycan Avropa ölkələri ilə əlaqələri genişləndirir

Bayramovla Georgiyev arasında təkbətək görüş başladı

Sülh sazişi razılaşdırıldı: Bakının əsas narahatlığı qalır

Bakı ilə sülh bizi dosta çevirməyəcək - Mirzoyan

Sülhdən sonra Bakı və İrəvan bu iddialardan geri çəkiləcək

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla