Yuxarı

AB-nin Ukraynaya yardımı 1 milyardı keçdi

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
AB-nin Ukraynaya yardımı 1 milyardı keçdi

16:21

Avropa Birliyi (AB) Ukraynaya humanitar yardım və Moldovada ukraynalı qaçqınlar üçün həyata keçirilən layihələrə 148 milyon avro ayırıb.

Axar.az xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.

“Müharibə Ukraynanı viran etməkdə davam etdiyindən, təxminən 12,7 milyon insanın təcili yardıma ehtiyacı var”, - məlumatda bildirilib.

Qeyd olunub ki, bununla da Avropa Birliyinin humanitar yardımı 1,1 milyard avroya çatıb.

Xüsusən, Ukraynada humanitar layihələrə 140 milyon avro ayrılıb. Maliyyələşdirmə ərzaq, sığınacaq, təmiz su, səhiyyə və qış vaxtı mühafizə də daxil olmaqla təcili yardıma yönəldiləcək. Əsas prioritetlər Ukraynanın müharibədən güclü zərər çəkmiş bölgələrində həssas əhali qruplarının dəstəklənməsidir.

Bundan əlavə, Moldovada humanitar layihələrə 8 milyon avro ayrılıb. Dəstəyin əsas məqsədi ukraynalı qaçqınlara və onları qəbul edən Moldova icmalarına yardımın göstərilməsidir.

Tarix
2025.01.13 / 23:21
Müəllif
Axar.az
Digər xəbərlər

"Palmali"dən vurulan gəmi ilə bağlı açıqlama

Qardaşlığımıza zərbə cəhdinin arxasındakı ölkələr...

Azərbaycanlının ekstradisiyasına imkan verməməliyik

Prezident Lord Anas Sarvarı qəbul etdi - Foto

Bakı bunu bilən kimi dərhal İrəvana məlumat verib

Ermənistan əsgərimizi geri qaytaracaq? - Paşinyan

FTB direktoru erməni əsilli müğənni ilə nişanlandı

Mustafayev Rusiyada Overçuk və Emin Ağalarovla görüşdü

Arakçı Azərbaycandakı səfirə təlimatlar verdi

XİN-dən vurulan gəmi ilə bağlı açıqlama

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla