Yuxarı

33 israilli əvəzinə 1977 fələstinli: Sinvarın cəsədi də qaytarılır?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
33 israilli əvəzinə 1977 fələstinli: Sinvarın cəsədi də qaytarılır?

Xəbər verdiyimiz kimi, ötən gün Qəzzada atəşkəs və girovların qaytarılması ilə bağlı razılaşma əldə edilib. Əsirlərin dəyişdirilməsi prosesi zamanı 290-ı ömürlük həbs cəzasına məhkum edilmiş 1977 fələstinli məhbus İsrail həbsxanalarından azad ediləcək.

Axar.az xəbər verir ki, bu barədə Türkiyə mediaslı məlumat yayıb.

Bildirilib ki, ölən şəxslərin nəşlərinin dəyişdirilməsi razılaşmanın son mərhələsinə planlaşdırılıb. Bu çərçivədə HƏMAS-ın öldürülən lideri Yəhya Sinvarın da cənazəsinin Qəzzaya gətiriləcəyi gözlənilir.

Bundan başqa, İsrail mediasına görə, məhbusların dəyişdirilməsi prosesi aşağıdakı kimi baş tutacaq:

- 5 mülki israilli və 2 uşağın azad edilməsi müqabilində İsrail həbsxanalarında olan 210 fələstinli uşaq və qadın məhbus azad ediləcək,

- 5 qadın İsrail əsgəri üçün 150-si ömürlük olmaqla 250 məhbus azad ediləcək,

- 110 fələstinli ömürlük məhbus 9 xəstə və yaralı israillinin müqabilində azadlığa buraxılacaq,

- 10 yetkin israillinin azadlığa buraxılması müqabilində 30-u ömürlük olmaqla, 300 fələstinli məhbus azad ediləcək.

- 10 il əvvəl HƏMAS tərəfindən əsir götürülən efiopiyasilli İsrail vətəndaşı Avera Mengistu və bədəvi ərəb olan Hişam əs-Səidin azadlığa buraxılması müqabilində İsraildə həbsdə olan 60 fələstinli məhbus və “Şalit” razılaşması əsasında azadlığa buraxıldıqdan sonra yenidən əsir düşən 47 fələstinli azad ediləcək;

- 7 oktyabr 2023-cü ildə “Əqsa tufanı” əməliyyatından sonra Qəzza zolağında İsrail ordusu tərəfindən əsir götürülən 1000 fələstinli məhbus azad ediləcək.

Tarix
2025.01.16 / 14:35
Müəllif
Samir Soltanov
Digər xəbərlər

Tramp İlham Əliyevdən sitat gətirdi

Azərbaycan bu qondarma seçkiləri tanımır - XİN

Ermənistan xarici kəşfiyyatının rəhbəri Bakıdadır

Kərim Vəliyev Kılınçla birgə təlimi müzakirə etdi

Bu yatağın qiyməti də, dəyəri də qalxacaq - Prezident

Ermənilər sanitar qovşağı da aparmışdılar... - Prezident

İlham Əliyev müşavirə keçirdi - Foto

Kərkidən əvvəl bu ərazilər Azərbaycana təhvil veriləcək

İrəvanda hökumət binasında Azərbaycan bayrağı? - Foto

XIX əsrə qədər Qafqazda müstəqil erməni kilsəsi olmayıb

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla