Yuxarı

Tramp Yaxın Şərqdə “ABŞ ştatı” yaradır?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tramp Yaxın Şərqdə “ABŞ ştatı” yaradır?

Tramp İordaniya kralı II Abdullahla görüşdən sonra Qəzza zolağını ələ keçirməkdə nə qədər ciddi olduğunu göstərdi.

Bu sözləri Axar.az-a açıqlamasında politoloq Turab Rzayev Trampın Qəzza zolağı ilə bağlı planlarını şərh edərkən deyib.

Politoloq bildirib ki, Tramp açıq şəkildə Qəzza zolağının ABŞ nəzarətində olmasında təkid edir:

“Hətta bu mövzu ilə bağlı mübahisəyə yer qoymadı. İordaniya kralı II Abdullah da ilkin mərhələdə xəstə olan 2000 nəfəri qəbul etmək məcburiyyətində qaldı, digər məsələləri isə Misir və Səudiyyə Ərəbistanı ilə məsləhətləşəcəyini bildirdi.

Görüşdə II Abdullahı sualları ilə sıxışdırmasından aydındır ki, Tramp bu məsələdə qətiyyətlidir. Həmçinin Tramp fələstinlilərin İordaniya və Misirə köçürülməsini məsələnin həlli kimi görür. Tramp burada beynəlxalq hüququ açıq şəkildə pozur. Həmin əraziləri faktiki özünə birləşdirməyə və etnik təmizləmə aparmağa çalışır. ABŞ-ın Yaxın Şərqdə möhkəmlənəcəyini, sülh gətirəcəyini anons edir. Əslində ölkələrin daxili məsələlərinə qarışır, yəni İordaniya və Misiri fələstinlilərə yer ayırmağı məcbur edir”.

Qeyd edək ki, ABŞ Prezidenti Tramp İordaniya kralı II Abdullah ilə görüşdən sonra Qəzza zolağını satın almadan əldə edəcəyini bildirib. O, fələstinlilərin Qəzza zolağından geri qayıtmaq hüququ olmadan qonşu ölkələrə köçürülməsini təklif edib.

Tarix
2025.02.13 / 09:08
Müəllif
Ləman Cavadova
Digər xəbərlər

Putinin Bakıya gözlənilməz zəngi: Rusiya nə istəyir?

Qarabağda var-dövlət qazanan “generallar” həbs ediləcək

Putin İlham Əliyevə zəng etdi

Şahin Mustafayev Fərzanə Sadiqlə danışdı

Bakı İqlim Fəaliyyəti Həftəsi başladı

Paşinyanın erməni dilində çıxışı: Kreml bunu gözləmirdi

Hər kəs Trampın yeni saç düzümündən danışır - Foto

İsveç bu 18 yaşlı azərbaycanlıdan danışır

Ələkbərovdan Ukraynanın dağıtdığı zavodlarla bağlı açıqlama

Prezidentin HDQ qərargahını ziyarətinə dair videoçarx...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla