Yuxarı

Kremldə bayramdır: Tramp Putin üçün elə bir şey etdi ki...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Kremldə bayramdır: Tramp Putin üçün elə bir şey etdi ki...

Donald Trampın Rusiya ilə danışıqlar barədə açıqlaması Rusiya Prezidenti Vladimir Putinə çoxdan tələb etdiyi şeyi verdi: Ukrayna üzrə ABŞ-la birbaşa danışıqları.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə "Voll Strit Jurnal" yazıb.

Bildirilib ki, Kreml uzun müddətdir Ukraynanı və onun avropalı müttəfiqlərini bu cür danışıqlardan kənarlaşdırmağa çalışır. Moskva eyham vurub ki, Vaşinqton müharibənin uzadılmasına görə məsuliyyət daşıyır və buna görə də yalnız o, Rusiya Federasiyası ilə müharibəni dayandırmaq üçün danışıqlar apara bilər.

“Amma əgər biz Putinin Ukrayna ilə bağlı bəyan etdiyi mövqeləri rəhbər tutsaq, o zaman Trampın vəd etdiyi danışıqlar uzunmüddətli olacaq. Rusiya atəşkəsə o halda razılaşacaq ki, ABŞ Ukraynaya dəstəyi dayandırsın və onun ərazisini müdafiə etmək imkanlarına məhdudiyyətlər qoyulsun”, - nəşr yazıb.

Hərbi ekspertlər əlavə ediblər ki, Rusiya əlində olan canlı qüvvə və silahlarla Ukraynaya qarşı ən azı il yarım mübarizəni davam etdirə bilər.

Bu arada, dünən Kremldə bayram olub. Aparıcı rus təbliğatçısı Olqa Skabeyeva "Putin hamı üzərində qələbə qazandı" deyib və məşhur "Komsomolskaya Pravda" tabloidi "Tramp Zelenskinin ölüm əmrini imzaladı", - deyə yazıb.

Nəşr qeyd edib ki, əslində Putin üçün Trampın danışıqlar aparmaq vədi üç illik amansız döyüşlərdən sonra Rusiyanın şərtləri ilə müharibəyə son qoymaq yolunda ilk addımdır.

Tarix
2025.02.14 / 10:40
Müəllif
Axar.az
Digər xəbərlər

Mehdiyevin məktubu saxtadırmı? - Sabiq deputat

İlham Əliyev Petr Paveli təbrik etdi

Türkiyə onu təcili Bakıya göndərdi - Mühüm səbəb

Pakistan Senatının sədri Azərbaycana gəldi - Foto

Ermənistanın Bərdədə törətdiyi terrordan beş il ötür

"Seçilmişlər": Rusiyaya göndərilən məxfi məktubun şifrələri

Daha bir deputat partiyadan çıxarılır?

Mehdiyev əsrimizin ən böyük siyasi xadimi... - Əli Həsənov

Prokurorluğun sorğusu əsasında qərar qəbul edildi

Paşinyan getsə, revanşist gəlsə, nə baş verəcək? - Zülfüqarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla