Yuxarı

Rus nefti daşıyan tanker İtaliya sahillərində partladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rus nefti daşıyan tanker İtaliya sahillərində partladı

İtaliyanın Savona şəhərinin limanında dayanan “Seajewel” neft tankerində dalbadal iki partlayış baş verib.

Axar.az xəbər verir ki, bu barədə “Fatto Quatidiano” nəşri məlumat yayıb.

Məlumata görə, partlayış fevralın 14-də Malta bayrağı altında üzən tankerin nefti boşaltmağa başladığı anda olub.

Bildirlib ki, tanker ciddi zədə alsa da, dənizə neft sızması qeydə alınmayıb. Tankerin heyətindən xəsarət alan olmayıb.

Savona şəhər prokurorluğu hadisənin tankerin sıradan çıxması, toqquşması və ya sursat partlaması barədə müxtəlif versiyaların araşdırılmasına başlayıb.

İVG nəşri yazır ki, partlayışın yaratdığı dəliyin xarakteri gəmidə partlayıcı qurğuların yerləşdirilməsi ehtimalını göstərir.

“Ukrainskaya pravda” nəşrinin yazdığına görə, “Seajewel” tankeri dəfələrlə Rusiya nefti daşıyıb. Xüsusilə, tanker 2024-cü ildə Rusiyada 3 dəfə neftlə doldurulub.

Tarix
2025.02.18 / 13:48
Müəllif
Axar.az
Digər xəbərlər

Prezidentlər Xocalı Soyqırım Memorialını ziyarət etdilər

Türkiyə Ərdoğanın rəhbərliyi ilə böyük gücə çevrilib - Prezident

Bu tarixi səfərin əsas nəticəsi məhz budur - Prezident

Türkiyə-Azərbaycan birliyi təhlükəsizlik faktorudur - Əliyev

Ərdoğanın Qarabağ səfərində mühüm mesaj...

Ermənistanla Azərbaycan arasında normallaşma prosesi…

Ərdoğan Bəxtiyar Vahabzadənin şeirini səsləndirdi

Heydər Əliyev və Alyona Əliyeva Zəfər Parkında - Foto

Ərdoğandan xəbərdarlıq: Qardaşlığı zəiflətmək istəyənlər...

İlham qardaşımın iradəsi ilə... - Ərdoğan

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla