Yuxarı

Lavrov Trampa güvənmir: Rusiyanı aldadacaq...

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Lavrov Trampa güvənmir: Rusiyanı aldadacaq...

Bu həftə Səudiyyə Ərəbistanında Rusiya və ABŞ arasında yeni danışıqlar mərhələsi planlaşdırılıb. Gözlənilir ki, tərəflər münaqişənin həlli və müharibənin başa çatdırılması üçün atılacaq yeni addımları müzakirə edəcəklər.

Axar.az xəbər verir ki, bu fikirləri "Kremlyovskaya tabakerka" Teleqram kanalı mənbələrinə istinadən yazıb.

“Bu danışıqlar ərəfəsində gözlənilməz bir məqam ortaya çıxıb. Məlum olub ki, Sergey Lavrov öz paralel xəttini aparır”, - kanal bildirib.

Qeyd olunub ki, Lavrov diplomatik xətt üzrə amerikalılarla rəsmi olmayan təmaslar qurur və vəziyyəti diqqətdə saxlamağa çalışır.

“Sergey Viktoroviç amerikalılara etibar etmir. Hakimiyyətdə müəyyən bir qrup var ki, Trampın üzərinə götürdüyü öhdəliklərə əməl edəcəyinə şübhə ilə yanaşır. Hazırda o, həddindən artıq şirin danışır, çox şey vəd edir və bu, narahatlıq doğurur,” - Lavrova yaxın mənbə kanala açıqlamasında deyib.

Onun sözlərinə görə, bu mövqeyi güc strukturlarının bəzi nümayəndələri də bölüşürlər. Onlar ehtimal edirlər ki, amerikalılar biznes layihələri və investisiyalar adı altında sadəcə olaraq Rusiya resurslarını və texnologiyalarını mənimsəyəcək və eyni zamanda Moskva ilə Pekini qarşı-qarşıya qoyacaqlar.

Tarix
2025.02.25 / 09:49
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Paris Bakını blokladı, Türkiyə dərhal hərəkətə keçdi

2022-ci ildə Azərbaycanda bunun şahidi olduq - Bayraqdar

Azərbaycan və Türkiyə arasında son 10 gündə baş verənlər...

Qarabağ zəfərini bilirsinizmi kim qazandı? - Türk general

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin!

6 il öncə Qələbəmizi izləyən güneylilər - Video

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab!

Medvedyev İrəvanı təhdid etdi: Yeni Ukraynaya çevriləcək

Prezidentin çıxışı ilə bağlı videoçarx paylaşıldı

YAP-ın qurultayının əsas siyasi məzmunu... – Qafarov

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla