Yuxarı

Putin müharibəni bitirmək istəmir, problemlə üzləşəcək

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Putin müharibəni bitirmək istəmir, problemlə üzləşəcək

Rusiya Prezidenti Vladimir Putin Ukraynada müharibəni dayandırmaq niyyətində deyil.

Axar.az xəbər verir ki, bu barədə ABŞ-ın Müharibənin Öyrənilməsi İnstitutunun yaydığı hesabatda bildirilib.

Qeyd olunub ki, Ukraynada davam edən müharibə, inflyasiyanın artması, Rusiyanın suveren fondunun tükənməsi və mövcud işçi çatışmazlığının pisləşməsi Rusiya iqtisadiyyatını gərginləşdirir:

"Ukrayna qüvvələri döyüş meydanında rus ordusunu indiki sürətlə məhv etməyə davam edərsə, Rusiya 12-18 ay ərzində bir sıra maddi, insani və iqtisadi problemlərlə üzləşəcək, bu da gələcəkdə Rusiya əhalisinin yaşadığı iqtisadi yükü artıracaq. Putin isə artan daxili siyasi və iqtisadi təzyiqlərə baxmayaraq, Ukraynada müharibəni davam etdirmək istəyir. Xüsusilə, Putinin Ukrayna ilə sülh sazişi bağlamaq ehtimalını istisna edən son bəyanatları onun müharibəni uzatmaq istəyindən xəbər verir".

Tarix
2025.02.25 / 10:37
Müəllif
Zeynəb Əkbər
Digər xəbərlər

Zelenski Azərbaycana təşəkkür etdi

Azərbaycandan Ermənistana 300 milyon dollar necə köçürülüb?

Əminə Ərdoğan Mehriban Əliyevanı təbrik etdi

Matviyenko Mehriban Əliyevaya zəng etdi

Zəhra Pezeşkian Mehriban Əliyevanı təbrik etdi

Ziroat Mirziyayeva Mehriban Əliyevaya zəng etdi

Azərbaycan XİN Pakistana başsağlığı verdi

İranla danışıqlar çıxılmaz vəziyyətdədir - Əbdülfati

Şövkət Mirziyayev Mehriban Əliyevanı təbrik etdi

Qərbin silah nəhəngləri ilk dəfə Bakıda

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla