Yuxarı

Öcalanın PKK ilə bağlı çağırışı olacaq!

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Öcalanın PKK ilə bağlı çağırışı olacaq!

Bu gün PKK terror təşkilatının lideri Abdullah Öcalanın İmralı həbsxanasından təşkilatı tərk-silah olmağa çağıracağı gözlənilir.

Axar.az Teleqraf-a istinadla xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Məlumatda deyilir ki, Öcalanın çağırışını PKK-ya bağlı Xalqların Birliyi və Demokratiya Partiyasının (DEM) onunla bu gün həbsxanada görüşəcək heyəti oxuyacaq, çıxış Diyarbəkir və Van şəhər meydanlarında nəhəng ekranlarda yayımlanacaq.

TGRT telekanakının koordinatoru Əhməd Sözcan İmralıdan gözlənilən çağırışla bağlı deyib:

“DEM Partiyası görüşdən sonra saat 17:00-da (Bakı vaxtilə 18:00-da – red.) İstanbulda açıqlama verəcək. Brifinqdə Öcalanın bəyanatının oxunacağı bildirilir. Bir səhifəlik açıqlama olacağı gözlənilir. Açıqlamada Abdullah Öcalanın PKK-ya terrorun bitdiyi ilə bağlı çağırış edəcəyi, terror təşkilatının özünü buraxmasının lazım olduğunu bəyan edəcəyi deyilir. Terror təşkilatına çağırış ediləcək ki, qurultay çağırın və PKK-nın ləğv olunduğunu bəyan edin”.

Sözcan qeyd edib ki, Öcalanın 4 fərqli mərkəzə çağırış edəcəyi gözlənilir:

“Birincisi, İraqda Qəndilə (PKK-nın əsas düşərgəsinə), ikincisi, Suriyadakı YPG/SDQ-yə çağırış edəcək. Onun terrorçuları silahlarını yerə qoymağa və Suriya ordusuna qoşulmağa çağıracağı gözlənilir. Xüsusilə PKK-nın Avropa qanadına səslənəcək.

Digər çağırış isə DEM Partiyasına olacaq. Ona bildiriləcək ki, terror təşkilatı ilə əlaqənizi kəsin, Türkiyədə demokratik siyasətinizi davam etdirin. Heyətdə Öcalanın vəkilləri də olacaq”.

Tarix
2025.02.27 / 10:54
Müəllif
Axar.az
Digər xəbərlər

Tramp onu Bakıya göndərdi: Prezidentlə görüş... - Foto

ABŞ-İran sazişi müharibədə “60 günlük fasilə”dir

Tahir Qarayev və Sumqayıt şirkətinə sanksiya tətbiq edildi

İslahatların yeni mərhələsi: İki qurum birləşir

Müəllimlər də vahid geyimə keçsə... - Ekspert

Əli Əsədov Özbəkistan prezidenti ilə görüşdü

İlham Əliyev Niderlandın baş naziri ilə danışdı

ABŞ-İran gərginliyi ilə bağlı rəsmi Bakının mövqeyi...

Əli Əsədov Özbəkistana getdi

İlham Əliyev Roma Papasını Azərbaycana dəvət etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla