Yuxarı

Bu, öncədən hazırlanan pusqu idi, ya da... - "Tayms"

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bu, öncədən hazırlanan pusqu idi, ya da... - "Tayms"

Oval ofisdə baş verən mübahisə dəhşətli geosiyasi ssenarini gerçəkləşməyə yaxınlaşdırır.

Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Tayms” yazıb.

“Amerikalıların Avropadan gedişi, NATO-nun dağılması, hətta Vaşinqtonun ənənəvi müttəfiqlərindən daha çox Moskva ilə sıx ideoloji yaxınlığı – bütün bunlar yaxın perspektivdən xəbər verir.

Bu, öncədən planlaşdırılmış pusqu idi, yoxsa Zelenski bu həssas dərili prezidentlə pis rəftar etmişdi – hazırda heç bir əhəmiyyəti yoxdur. Tramp itaətsizliyi cəzasız qoyacaq insan deyil. ABŞ-ın Ukraynaya hərbi yardımı dayandırma riski var.

Avropa bu böhrandan nəyisə xilas etməyə çalışacaq, lakin Makronla Starmerin səfərləri ilə formalaşdırılan yaxşı nə vardısa, sanki silinib getdi. Bununla da avropalı liderlərin Londondakı bazar günü sammiti daha da əhəmiyyət kəsb etməyə başladı.

Buna baxmayaraq, Avropanın sosial mediada dəstək paylaşımlardan başqa daha nəyə hazır olduğu məlum deyil. ABŞ-ın dəstəyi olmadan Avropanın təhlükəsizliyi təmin etmək üçün 300 min hərbi qulluqçu və hər il müdafiəyə sərf etməyə 200 milyard funt sterlinq lazım olduğunu nəzərə alaraq Avropa Komissiyasının məmurlarından biri deyib: “Ukrayna bizim üçün vacibdir, lakin bütünlüklə yox”.

İndi Avropa ordusu Kreml diktatorunu cilovlamaq üçün 100-150 minlik yerləşdirmə edə bilmir, belə halda, yəni ABŞ olmadan hətta 30-40 minlik “dəstək qüvvələri” də böyük xoşbəxtlik hesab edilə bilər”, – köşə yazarı Mark Qaleotti qeyd edib.

Tarix
2025.03.01 / 23:40
Müəllif
Axar.az
Digər xəbərlər

Meloni İlham Əliyevə təşəkkür etdi

Zaxarovadan Paşinyana: Siz kişisiniz, yoxsa qadın?

Polşa mediası Goranboydakı partlayışdan nə və niyə yazır?

İsrail Türkiyə ilə müharibə etsə, ABŞ... - Zaxarova

Bayramov Qazaxıstanın XİN başçısı ilə danışdı

Ərazimizdə erməni şairin heykəli: özləri sökdülər - Foto

Bayramov İsveçin yeni səfiri ilə görüşdü

İsveçrəyə yeni səfir təyin edildi

İlham Əliyev onu Niderlanda səfir göndərdi

Bakı “Rosatom”la tərəfdaşlıqdan faydalana bilər - Ekspert

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla