Yuxarı

Hind mediası yazdı: Bakının əməliyyata hazırlaşması… - Rusiya

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Hind mediası yazdı: Bakının əməliyyata hazırlaşması… - Rusiya

Cənubi Qafqazda nəqliyyat blokadasının güc yolu ilə götürülməsi variantı qəbuledilməzdir. Bu məsələdə Moskvanın mövqeyi bəllidir.

Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Ermənistanın “Verelk” informasiya-analitik mərkəzinin sorğusuna cavabda bildirilib.

Departament Hindistan mətbuatının guya “Azərbaycanın Zəngəzur dəhlizinin açılması üçün Türkiyənin dəstəyi ilə hərbi əməliyyatlara başlamağı planlaşdırması” ilə bağlı dərc olunan məlumatı şərh edib.

“Cənubi Qafqazda nəqliyyat blokadasının aradan qaldırılması ilə bağlı mövqeyimiz hamıya məlumdur. Biz ardıcıl olaraq Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-2022-ci illərdə əldə edilmiş üçtərəfli bəyanatlarına, habelə 3 ölkə baş nazirlərinin müavinlərinin həmsədrlik etdiyi üçtərəfli İşçi Qrupu çərçivəsində əldə olunmuş müvafiq razılaşmalara əsaslanaraq, regionda nəqliyyat və iqtisadi əlaqələrin hərtərəfli açılmasının tərəfdarıyıq. Digər variantlar, o cümlədən güc tətbiqi qəbuledilməzdir. Biz bu barədə müntəzəm olaraq həm açıq, həm də tərəfdaşlarımızla ünsiyyətdə danışırıq. Sualınızda Hindistan mətbuatına istinadən qeyd olunan proqrama gəlincə, biz bunu Kiyev rejiminin destruktiv hərəkətlərinin növbəti təzahürü hesab edirik. Onlar belə saxta xəbərlər vasitəsilə Rusiya üçün Cənubi Qafqazdakı qonşularımızla münasibətlərdə süni şəkildə çətinliklər yaratmağa çalışır, eyni zamanda xarici ictimaiyyətin diqqətini Ukrayna Silahlı Qüvvələrinin real problemlərindən yayındırır”, - cavabda qeyd olunub.

Qeyd edək ki, Hindistan mətbuatı bu barədə Ukrayna Baş Kəşfiyyat İdarəsinin “məxfi sənədlərində” məlumatın yer aldığını bildirmişdi.

Ukrayna Baş Kəşfiyyat İdarəsi isə erməni mediasının yaydığı bu məlumatı təkzib edib.

Tarix
2025.03.02 / 17:48
Müəllif
Axar.az
Digər xəbərlər

Saxlanılan AXCP-çilərın hamısı azad edildi

Melkonyanın adını daşıyan bir qurum necə təşviq oluna bilər?

ABŞ milli strategiyasını elan etdi - Avropa üçün şok

ABŞ-ın planında Ukrayna üçün böyük təhlükə

Əli Kərimlini hamıdan qabaq, görün, kim müdafiə etdi...

Britaniya Azərbaycana dəstək üçün yeni layihəyə başlayır

Gürcüstanda azərbaycanlı məktəb direktoru saxlanıldı

Koşta yeni razılaşmadan danışdı: Bakı-İrəvan sülhü...

Adnan Əhmədzadənin supermarketi bağlandı - Foto

AİB-in dəstəyi ilə layihəyə start verildi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla