Yuxarı

Çin Rusiya üzərində qiymət təzyiqini artıracaq – Şərh

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Çin Rusiya üzərində qiymət təzyiqini artıracaq – Şərh

Çin Venesuela neftinin bazardan çəkilməsi fonunda tələbatını ödəmək üçün Rusiya neftinə daha çox yönələcək və Moskva üzərində qiymət təzyiqini artıracaq.

Bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı Natiq Cəfərli ABŞ-ın Venesuela neftinə çıxışı məhdudlaşdırmasının Çinə təsirini şərh edərkən deyib.

Ekspertin sözlərinə görə, Çin artıq uzun müddətdir Rusiya neftini bazar qiymətlərindən xeyli ucuz alırdı:

“Brent” markalı neftin qiyməti 62–63 dollar olduğu halda, Çin Rusiya neftini təxminən 50 dollara alırdı. İndi isə vəziyyətdən istifadə edərək Rusiyaya daha ciddi təzyiq göstərə və nefti daha ucuz qiymətə almağa çalışacaq. Rusiya neftinin Çinə çatdırılmasında boru kəmərləri mühüm rol oynayır və bu marşrutlar faktiki olaraq sanksiya nəzarətindən kənarda qalır. Boru kəmərləri vasitəsilə gələn neftə ümumiyyətlə nəzarət yoxdur. Tankerlərlə isə neft adını, bayrağını dəyişən “boz gəmilər” vasitəsilə daşınmağa davam edir”.

N.Cəfərli İran faktoruna da toxunaraq qeyd edib ki, Çinin İrandan aldığı neftin həcmi nisbətən azdır və Venesuela neftinin yerini tam doldura bilməz:

“İrandan gündəlik maksimum 350–400 min barrel neft alınırdı. Bu da Çin üçün böyük həcmdə kompensasiya demək deyil. Çində bəzi neftayırma zavodları məhz ağır Venesuela neftinə uyğun inşa edilib və yüngül nefti emal etməkdə çətinlik çəkir. Bu baxımdan Kanada nefti alternativ kimi gündəmə gəlib. Kanadada Venesuela neftinə bənzər tərkibli neft var və Çin bununla bağlı danışıqlar aparır.

Ümumilikdə isə fikrimcə, Venesuela neftinin bazardan çəkilməsi Çin üçün müəyyən problemlər yaratsa da, Pekin bu çətinliyi Rusiya başda olmaqla, digər ölkələrdən daha çox və daha ucuz neft almaqla aradan qaldırmağa çalışacaq”.

Tarix
2026.01.20 / 09:00
Müəllif
Nihad Tahirov
Digər xəbərlər

Heydər Əliyev Azərbaycanı memar kimi yenidən qurdu

Prezident Heydər Əliyevlə bağlı video paylaşdı

Xatirimizdədir, sevgi ilə anırıq - Mehriban Əliyeva

Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi... - Prezident

Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür

Azərbaycan XİN-dən Heydər Əliyevlə bağlı paylaşım

Prezidentdən Şükürbəyli səfəri ilə bağlı - Video

Azərbaycan Hatay Bəyannaməsinə dəstək verdi

Toyunun ildönümünə Prezidentdən hədiyyə - Video

Bu kənddəki meyvələr xarici bazarlara çıxarılır - Prezident

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla