Yuxarı

Roma Papası bu kilsənin açılış mərasimi üçün Bakıya gələ bilər

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Roma Papası bu kilsənin açılış mərasimi üçün Bakıya gələ bilər

Azərbaycan Roma Papası XIV Leonun Müqəddəs II İohann Pavel adına ikinci katolik kilsəsinin açılış mərasimində iştirak etmək üçün Bakıya gələcəyinə ümid bəsləyir.

Axar.az Report-a istinadla xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Cefri Saksa müsahibəsində bildirib.

"Fürsətdən istifadə edərək, bütün dünya xristianlarına, xüsusən də katolik konfessiyasının nümayəndələrinə müraciət etmək və bildirmək istərdim ki, Bakıda ikinci katolik kilsəsi tikilir. Birincisi artıq tam fəaliyyət göstərir, ikincisinin tikintisi isə Azərbaycan hökumətinin ianəsi hesabına həyata keçirilir. Ümid edirik ki, Roma Papası XIV Leonun özü bu kilsənin açılış mərasimində iştirak edə biləcək", - H.Hacıyev qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanla Müqəddəs Taxt-Tac arasında sıx münasibətlər formalaşıb və səmərəli əməkdaşlıq qurulub: "Biz doğrudan da Papa XIV Leoya böyük hörmət bəsləyirik. Prezident İlham Əliyev onu Azərbaycana səfər etməyə dəvət edib. İki Roma Papası (II İohann Pavel 2002-ci il, Fransisk 2016-cı il - red.) Azərbaycanda səfərdə olub".

H.Hacıyev, həmçinin Vatikan ərazisindəki qədim xristian katakombalarının bərpasına töhfə vermək üçün Azərbaycana yaradılmış imkana görə Müqəddəs Taxt-Taca minnətdarlığını bildirib.

O vurğulayıb ki, rəsmi Bakı ardıcıl olaraq sivilizasiyalar dialoqunun tərəfdarı kimi çıxış edir və hesab edir ki, ölkə bu mövzuda beynəlxalq konfransın keçirilməsi üçün məkan ola bilər. Onun sözlərinə görə, bu istiqamətdə Azərbaycanın mühüm tərəfdaşlarından biri də Vatikandır.

Xatırladaq ki, kilsənin tikintisi məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtın Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsi, giriş 722 ünvanında yerləşən 0,17 hektar torpaq sahəsinin Azərbaycan Respublikasındakı Katolik Kilsəsinin istifadəsinə verilməsi haqqında 2024-cü il 1 may tarixli Sərəncam qəbul edilib.

Müqəddəs II İohann Pavel kilsəsinin tikintisi üçün torpaq sahəsinin verilməsi və yeni məbədin təməlqoyma mərasimi 2024-cü ilin dekabrında keçirilib.

Tarix
2026.10.30 / 13:55
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanla sərhədlərin delimitasiyası... - Kobaxidze

Bakı Cənubi Qafqazı böyük güclərin “döyüş məkanı”ndan...

Azərbaycansız keçinə bilmərik - Razuvayev

Azərbaycan-Gürcüstan sənədləri imzalandı

Naxçıvana maneəsiz yol olmasa, Tramp marşrutu... - Vasadze

Gürcüstanla yeni sərhəd-keçid məntəqəsi yaradılacaq

Unutmayın, Əliyev sizin üçün bu tarixi addımı atmışdı - İşbaşaran

Bu şəxslərə xüsusi rütbələr veriləcək

TDT-nin yeni baş katibi bəlli oldu

Gürcüstanda ciddi qəza olanda Azərbaycan dəstək göndərdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla