Yuxarı

Bayramov Ankarada Zəngəzur dəhlizindən danışdı - Foto

Ana səhifə Siyasət
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bayramov Ankarada Zəngəzur dəhlizindən danışdı - Foto

Xarici işlər naziri Ceyhun Bayramov Türkiyənin paytaxtı Ankara şəhərində Türk Dövlətləri Təşkilatı (TDT) Dövlət Başçıları Şurasının 13-cü Zirvə görüşündə iştirak və çıxış edib.

Bu barədə Axar.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, nazir Ceyhun Bayramov çıxışının əvvəlində Zirvə görüşünün yüksək səviyyədə təşkilinə və qonaqpərvərliyə görə Türkiyə tərəfinə təşəkkürünü bildirib, Türkiyə xalqını Cümhuriyyətin 103-cü ildönümü münasibətilə bir daha təbrik edib.

Azərbaycanın keçən bir il ərzində TDT-yə sədrliyi dövründə əsas prioritetin "Regional sülh və təhlükəsizlik" olduğunu bildirən Ceyhun Bayramov beynəlxalq münaqişələrin vüsət aldığı, təhlükəsizlik təhdidlərinin artdığı, beynəlxalq hüququn norma və prinsiplərinin pozulduğu hazırkı şərtlərdə sözügedən prioritetin aktuallığını vurğulayıb.

Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyini tam bərpa etdiyi, münaqişəyə son qoyduğu, Azərbaycan tərəfindən irəli sürülmüş prinsiplər əsasında hazırlanmış sülh sazişi mətninin ötən il paraflandığı qeyd olunaraq, sazişin imzalanması üçün Ermənistanın zəruri siyasi və hüquqi addımlar atmasının vacibliyi vurğulanıb.

Qarabağ və Şərqi Zəngəzur bölgələrində genişmiqyaslı bərpa və quruculuq işlərinin aparıldığı, müasir infrastrukturun yaradıldığı, təxminən 100 min nəfərin həmin ərazilərdə yaşadığı, işlədiyi və təhsil aldığı bildirilib.

Azərbaycanın TDT-yə sədrliyi çərçivəsində xarici işlər nazirlərinin, Təhlükəsizlik Şuraları katiblərinin və eləcə də müdafiə sənayesi qurumları rəhbərlərinin görüşlərinin keçirildiyi diqqətə çatdırılıb. Müdafiə sənayesi sahəsində 2027-ci il üçün Əməkdaşlıq Yol Xəritəsinin qəbul edildiyi vurğulanıb.

TDT çərçivəsində iqtisadi əməkdaşlığın genişləndirilməsinin əsas prioritetlərdən olduğu bildirilib. Orta Dəhlizin inkişafı, Zəngəzur dəhlizinin reallaşdırılması, nəqliyyat bağlantılarının genişləndirilməsi, qarşılıqlı investisiyalar və birgə layihələrin ticarət və sənaye sahələrində əməkdaşlıq üçün yeni imkanlar yaratdığı qeyd olunub.

Azərbaycanın ənənəvi enerji resurslarının etibarlı təchizatçısı kimi rolunu davam etdirməklə yanaşı, Mərkəzi Asiya ilə Avropa arasında yaşıl enerji və rəqəmsal bağlantıların inkişafına töhfə verdiyi vurğulanıb.

Sədrliyimiz dövründə həmçinin Bakıda Mərkəzi Banklar Şurasının və eləcə də Maliyyə Monitorinqi Xidmətləri rəhbərlərinin görüşlərinin keçirildiyi, müvafiq əməkdaşlıq platformasının yaradıldığı bildirilib.

Ortaq tarix, dil və mədəni irsin qorunmasının əhəmiyyətinə toxunularaq, cari ildə Bakıda Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin və eləcə də Müsəlman Dini İdarələri rəhbərləri Şurasının toplantısının keçirildiyi qeyd olunub.

TDT-nin beynəlxalq mövqeyinin möhkəmləndirilməsi baxımından TDT+ formatının əhəmiyyəti vurğulanıb, Təşkilatın BMT Baş Assambleyasında müşahidəçi statusu qazanması istiqamətində səylərin davam etdirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Çıxışının sonunda nazir Ceyhun Bayramov Azərbaycanın sədrliyi dövründə göstərdikləri dəstəyə görə üzv dövlətlərə təşəkkür edib, Türkiyəyə sədrliyi müddətində uğurlar arzulayıb.

Təşkilatın inkişafına verdiyi töhfələrə görə vəzifəsini başa vuran Baş katib Kubanıçbek Omuraliyevə minnətdarlıq ifadə olunub, yeni Baş katib Mirvoxid Azimov təyinatı münasibətilə təbrik edilib və ona fəaliyyətində uğurlar arzulanıb.

Sammitin sonunda Ankara Bəyannaməsi qəbul olunub.

Tarix
2026.10.30 / 15:24
Müəllif
Axar.az
Digər xəbərlər

Mirziyayev Ankarada İlham Əliyevə təşəkkür etdi

AXCP sədri onların əlaltısıdır... - Deputat

Ərdoğan Bayramovla ayaqüstü söhbət etdi - Video

Azərbaycanla sərhədlərin delimitasiyası... - Kobaxidze

Roma Papası bu kilsənin açılış mərasimi üçün Bakıya gələ bilər

Bakı Cənubi Qafqazı böyük güclərin “döyüş məkanı”ndan...

Azərbaycansız keçinə bilmərik - Razuvayev

Azərbaycan-Gürcüstan sənədləri imzalandı

Naxçıvana maneəsiz yol olmasa, Tramp marşrutu... - Vasadze

Gürcüstanla yeni sərhəd-keçid məntəqəsi yaradılacaq

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla