Yuxarı

Zərifi istefaya kim məcbur edib? – Özü açıqladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Zərifi istefaya kim məcbur edib? – Özü açıqladı

İranın strateji məsələlər üzrə vitse-prezidenti Cavad Zərif məhkəmə sisteminin rəhbəri Qulamhüseyn Ejei ilə görüşdükdən sonra istefa vermək qərarına gəlib.

Axar.az xəbər verir ki, Zərif bu barədə X hesabında yazıb.

“Ədliyyə-Məhkəmə Sisteminin sədrinin dəvəti ilə görüşə getdim. Ölkənin vəziyyətinə toxunaraq, hökumətə basqıların qarşısını almaq üçün mənə universitetə qayıtmağı tövsiyə etdi. Mən də dərhal qəbul etdim. Ümid edirəm ki, vəzifəmdən uzaqlaşmaqla xalqın iradəsinə, hökumətin uğurlarına mane olmaq bəhanələri aradan qalxacaq”, - o bildirib.

Zərif qeyd edib ki, son altı ay ərzində ona təzyiqlər olub:

“Son 6 ayda, eləcə də hökumət daxilində özümə və ailəmə qarşı ən gülünc təhqir, böhtan, təhdidlərlə üzləşsəm də, 40 illik xidmətin ən acı dövrünü keçsəm də, xidmət ümidi ilə inadla yaşamışam”.

Onun sözlərinə görə, heç vaxt çətinliklərdən qaçmayıb və 40 il ərzində müharibənin sona çatmasından tutmuş nüvə məsələsinin bitməsinə qədər, milli maraqların müdafiəsində oynadığı kiçik rola görə təhqirlərə və böhtanlara dözüb.

Qeyd edək ki, “Fars” agentliyi mənbələrə istinadən İranın strateji məsələlər üzrə vitse-prezidentinin istefa ərizəsi verdiyini, lakin onun hələ prezident tərəfindən qəbul olunmadığını bildirib. İran mediasında uzun müddətdir ki, Zərifin vəzifəsini qanunsuz tutduğu barədə məlumatlar müzakirə olunur. Buna səbəb kimi isə onun övladlarının ABŞ vətəndaşlığına sahib olması ehtimalı göstərilir.

Tarix
2025.03.03 / 11:44
Müəllif
Vüsalə İsgəndərova
Digər xəbərlər

Britaniya səfiri də Azərbaycanı təbrik etdi

Ukrayna səfiri Azərbaycanı təbrik etdi

Ərdoğandan Azərbaycanla bağlı paylaşım

Dudayevin həyat yoldaşı Azərbaycanı təbrik etdi

Türkiyə MN də Azərbaycanı təbrik etdi

Azərbaycanla bağlı manipulyasiya... - Bəyanat

MHP Azərbaycanı təbrik etdi

Azərbaycan, Türkiyə və daha 3 türk ölkəsi razılığa gəldi

Türkiyədən Azərbaycana dəstək aksiyası - Foto

Türkiyə XİN Azərbaycanı təbrik etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla