Yuxarı

Ermənistanda Azərbaycan bayraqlı maşın: səbəbi bu imiş - Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto

2025.03.03. 20:00

Bu gün sosial şəbəkələrdə İrəvan-Qəmərli (Artaşat) yolunda bir minik avtomobilinin yük yerindən Azərbaycan bayrağının asılmasının səbəbi ortaya çıxıb.

Axar.az erməni mediasına istinadən xəbər verir ki, əvvəlcə bu şəxsin Azərbaycanı təbliğ etdiyi təəssüratı yaranıb.

Avtomobil saxlanılaraq, polis şöbəsinə gətirilərkən məlum olub ki, o, Uluxanlının (indiki adı Masis) Qaraqışlaq (azərbaycanlı kəndi olub, azərbaycanlıların deportasiyasından sonra 1991-ci ildə adı dəyişdirilərək, Hayanist qoyulub və ermənilər bura köçürülüb, İrəvanla arası 15,4 km-dir – red.) kəndidə yaşayan sakindir. Oğlu yenicə əsgərlikdən gəlib və onun niyyəti Azərbaycanı təbliğ etmək yox, Azərbaycan bayrağını təhqir etmək olub. Azərbaycanlıların kəndinə yerləşən bu erməni Azərbaycan bayrağını ləkələmək niyyətilə maşınının arxasına bağlayıb.

Ermənistan Daxili İşlər Nazirliyi məlumatı təsdiq edib, sürücü barəsində isə “maşının nömrəsini gizlətdiyi üçün” protokol tərtib edilib.

Tarix
2025.03.04 / 00:32
Müəllif
Axar.az
Digər xəbərlər

İrəvanla münasibətlərin normallaşdırılması... - Ərdoğan

Ermənistan vururdu, elə təqdim edirdi, guya biz vururuq

Səfir Hikmət Hacıyevlə görüşdü

Azərbaycanın dərinlikləri belə vuruldu – Araikdən etiraf

Araik Tovuz döyüşlərindən danışdı: Təəssüf edirəm...

Erməni general Bakıda sirləri açır: Müharibədən 7 gün öncə...

2020-nin iyununda Paşinyandan xahiş etdim ki... - Arutyunyan

Bayramov BMT rəsmisi ilə görüşdü

İlham Əliyevə məktub yazmaq istədim, qoymadı... - Arutyunyan

Alçaldılmış və təhqir edilmiş – O, Ağ Evə niyə çağırıldı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla