Yuxarı

Ənvər Həsənovun vəziyyəti ağırlaşdı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ənvər Həsənovun vəziyyəti ağırlaşdı

Son üç-dörd gündür atamın vəziyyəti ağırlaşıb.

Kult.az xəbər verir ki, bunu APA-ya açıqlamasında xalq artisti Ənvər Həsənovun qızı deyib.

O bildirib ki, Ə.Həsənov hazırda özündə deyil, hərəkət qabiliyyətini tamamilə itirib:

“Xəstəxanadan evə buraxılandan sonra bizim köməyimizlə evdə hərəkət edə bilirdi. İndi tamamilə hərəkət etmir, huşu da yerində deyil. Təzyiqi 260-a qalxır, dərmanla, iynə ilə aşağı salırıq. İki gündür bədən hərarəti də yüksək olur. Heç bir şey yemir”.

Xalq artistinin qızı Ə.Həsənovu yenidən xəstəxanaya yerləşdirmək barədə qəti qərara gəlmədiyini bildirib:

“Bibilərimlə məsləhətləşdik ki, xəstəxanaya aparmayaq. Vəziyyəti son dərəcə kritikdir. Bunu demək mənim üçün çox çətindir. Amma xəstəxanada vəfat etməsini istəmirik. Nə olursa, öz evində olsun. Axşam həkimlər gələcəklər. Son olaraq onlarla da məsləhətləşib bir qərara gələcəyik”.

Qeyd edək ki, xalq artisti Ənvər Həsənov yanvarın 10-da saat 10:15-də halının pisləşməsi səbəbilə Xəzər Tibb Mərkəzinin Terapiya şöbəsinə hospitalizasiya olunub. Ona dəqiqləşdirilməmiş anemiya diaqnozu təyin edilib və ilkin zəruri tibbi xidmət göstərilib. Yanvarın 17-də vəziyyətinin ağırlaşması səbəbilə pasiyent Reanimasiya şöbəsinə köçürülüb. Aparılan diaqnostik müayinələr nəticəsində ona kəskin işemik insult diaqnozu təyin olunub. Yanvarın 18-də vəziyyəti stabilləşən xalq artisti tibb müəssisəsinin Nevrologiya şöbəsinə köçürülüb. Fevralın 3-ü isə Xəzər Tibb Mərkəzindən Reabilitasiya Mərkəzindən evə buraxılıb.

Tarix
2025.02.26 / 16:26
Müəllif
Kult.az
Digər xəbərlər

Məşhur bloger narkotikə görə həbs olunub?

40 il öncə Qarabağı alovlandıran Aqanbekyan gündəmdə

Ermənistanın 5 il ərzində Azərbaycanla bağlı planı

Azərbaycan və Türkiyə yeni dövlət yaradır - Saqatelyan

Bakıya gələnlərə bağlamalar payladılar: saxlanılan var

Azərbaycan bu ölkələrə yardım edir - XİN

Ermənistana 26 vaqon buğda göndərildi

Səfirimiz Tokayevə etimadnaməsini təqdim etdi

Bakı hər şeyi eşidir - Qasparyan

Prezident Gülərin ailəsinə traktor hədiyyə etdi - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla