Yuxarı

Rusiyaya bu hücumlar vəziyyəti daha da ağırlaşdıra bilər

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyaya bu hücumlar vəziyyəti daha da ağırlaşdıra bilər

Ukrayna hərbi-kosmik infrastrukturla əlaqəli Rusiya obyektlərinə zərbələri gücləndirir. Söhbət təkcə hərbi aerodromlara raket zərbələrindən deyil, həm də Rusiyanın kosmik sənayesinin fəaliyyətini təmin edən müəssisə və mərkəzlərə hücumlardan gedir.

Axar.az xəbər verir ki, bu barədə “Forbes” Rusiyanın hərbi və kosmik əməliyyatları üzrə amerikalı ekspertlərin qiymətləndirmələrinə istinadən yazıb.

Nəşr qeyd edir ki, ən diqqətçəkən hədəflərdən biri Rusiyanın qərb hissəsində yerləşən “Proqress” raket-kosmik mərkəzi olub. Müəssisə kosmik aparatların, o cümlədən Beynəlxalq Kosmik Stansiyaya göndərilən kosmik gəmilərin və müşahidə peyklərinin buraxılışında istifadə olunan “Soyuz” seriyalı raketlər istehsal edir.

London Kral Kollecinin eksperti Yelena Qrossfeld bildirib ki, bu zərbə Ukraynanın Rusiya kosmik infrastrukturuna qarşı daha geniş kampaniyasının bir hissəsidir. Onun sözlərinə görə, belə obyektlərə hücumlar ilk dəfə deyil:

“Rusiyanın kosmosla əlaqəli istehsalına edilən bu son hücum uzunmüddətli silsilənin növbəti mərhələsidir”.

O, həmçinin qeyd edib ki, daha əvvəl digər mühüm obyektlər də vurulub. Belə ki, avqustun əvvəlində Moskvadan uzaqda yerləşən Korolyov şəhərində “Roskosmos”un əsas tədqiqat mərkəzi hücuma məruz qalıb. 2026-cı ilin iyununda isə Dubnadakı kosmik rabitə mərkəzlərinə, eləcə də analoji təyinatlı digər obyektlərə zərbələr endirilib.

Onun fikrincə, bu hücumların Rusiyaya təsiri yüksək texnologiyalı məhsulların tədarükünə qoyulan məhdudiyyətlər səbəbindən daha da ağırlaşa bilər:

“Moskva zədələnmiş infrastrukturu bərpa etmək üçün zəruri komponentləri və müasir mikroçipləri qeyri-qanuni tədarük kanalları vasitəsilə əldə etməyə məcbur olacaq”.

Tarix
2026.08.20 / 07:00
Müəllif
Axar.az
Digər xəbərlər

Qriqoryan: Azərbaycanla bu mövzuda razılaşma yoxdur

AZAL Hersoqun uçuşu barədə Türkiyəyə məlumat verməli idi?

Yeni səfir Prezidentin qəbuluna ailəsi ilə gəldi - Foto

Füzuli uğrunda gedən döyüşlər ən ağır döyüşlərdən oldu...

Hacıyev Musayevlə bağlı məni əmin etdi... - Simonyan

Azərbaycan əməkdaşlıq coğrafiyasını daim genişləndirir

Əliyevin sözləri Ermənistanda çox həssas qarşılanır

Milli Məclisin iclası başladı

Simonyan anklavlar haqqında danışdı

Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla