Yuxarı

Bu mədəniyyət xadimlərinə 10 minə yaxın pul veriləcək

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Respublikası Kino Agentliyi (ARKA) istehsal ediləcək film layihələrinin bədii və texniki qiymətləndirilməsinə başlayır.

Kult.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, layihələrin bədii və texniki qiymətləndirilməsi işləri ARKA-da fəaliyyət göstərən Bədii Şura üzvlərinə həvalə edilib.

Belə ki, aşağıdakı şəxslər Kino Agentliyində fəaliyyət göstərən Bədii Şura üzvü olaraq istehsal ediləcək film layihələrinin bədii və texniki qiymətləndirilməsi işlərini aparacaqlar:

1) Mahmudov Abduləhəd Əliisa oğlu

2) Camalov Vüqar Vaqif oğlu

3) Əliyev Rüstəm Qədim oğlu

4) Paşayev İlqar Əli oğlu

5) Rzayev Yavər Maarif oğlu

6) Hüseynli Səbinə Vaqif qızı.

Razılaşmaya əsasən, ARKA qeyd olunan şəxslərin hər birinə 9 800 manat ödəniş edəcək.

Xatırladaq ki, Kino Agentliyində bir müddətdir kifayət qədər nüfuzlu peşəkarlardan ibarət Bədii Şura fəaliyyətə başlayıb. Filmlərin istehsalata buraxılmasına və hazır sənət nümunəsi kimi qəbul olunmasına Bədii Şura qərar verir.

Tarix
2025.02.26 / 15:56
Müəllif
Kult.az
Digər xəbərlər

Bakı ilə sülh sazişinin 2 bəndi... - Paşinyan

Xocalı ilə bağlı Quterreşə məktub göndərildi

Milanda vəfat edən generalın oğlunun cənazəsi Bakıya gətirilir

Azərbaycanlı hərbi kursant Tükiyədə vəfat etdi - MN

Almaniya səfirindən Xocalı faciəsi ilə bağlı paylaşım

Bayramov Səudiyyənin XİN rəhbəri ilə görüşdü

MM Xocalı soyqırımı ilə əlaqədar müraciətlər ünvanladı

Ukraynaya ordu yeridilməsi: Bizdən soruşan olmayıb!

ABŞ və Rusiya görüş üçün niyə İstanbulu seçdi?

Əliyev Ərdoğana zəng etdi

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla