Yuxarı

Nazirlik nümayəndələri Arif Babayevin evində - Foto

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri fevralın 20-də xalq artisti, xanəndəlik məktəbimizin görkəmli nümayəndəsi Arif Babayevi ad günü münasibətilə evində ziyarət ediblər.

Kult.az xəbər verir ki, nazir müavini Murad Hüseynov Arif Babayevi ad günü münasibətilə təbrik edib, xoş arzularını çatdırıb.

Azərbaycan muğam sənətinin inkişafına mühüm töhfələr verən görkəmli muğam ustadının yeni xanəndələr nəslinin yetişdirilməsində müstəsna xidmətlər göstərdiyi vurğulanıb.

Sonra sənətkara “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı təqdim edilib.

Arif Babayev fəaliyyətinə verilən yüksək qiymətə görə Prezident İlham Əliyevə dərin minnətdarlığını bildirib.

Sonda xatirə şəkli çəkdirilib.

Qeyd edək ki, 20 fevralda Arif Babayevin 87 yaşı tamam olub.

Tarix
2025.02.21 / 01:06
Müəllif
Kult.az
Digər xəbərlər

İmamoğlu prezidentliyə namizədlik üçün müraciət etdi - Video

ABŞ-ın Ukrayna ilə bağlı siyasətinin 3 mühüm səbəbi

Ermənistan təmas xəttindən çox uzaqlarda mina yerləşdirib

Prezidentin ali xüsusi rütbə verdiyi Emil Qarayev - Dosye

Köhnə dollar sahiblərinə pis xəbər: Bütün risklər...

Qara dənizdə “Natiq Əliyev” və “Beqonia S” gəmiləri toqquşdu

AB müşahidəçiləri yenə sərhədimizdə - Video

Sərhəddə atışma olub? - Sərkisyan çağırış etdi

ATƏT PA-da erməni deputatın əsassız iddiaları ifşa olundu

Hacıyevin İsrail səfəri: Siyasi dönüş başladı, qadağa ləğv edilir!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla