Yuxarı

Tehranda Təbriz adı ilə növbəti “mədəni alver” edildi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Tehranda Təbriz adı ilə növbəti “mədəni alver” edildi

Tehranda 10-17 fevral arası keçirilən Təbriz Mədəniyyət Həftəsini bir çox səbəblərə görə əslində Təbriz adına keçrilən “İran Mədəniyyət Həftəsi” adlandırmaq olar.

Bundan əvvəl tədbir təşkilatçıları mərasimin keçirilməsində məqsədin Təbriz və Şərqi Azərbaycanın turizm, iqtisadiyyat və başqa sahələrdəki potensialını tanıtdırmaqdan ibarət olduğunu bildirsələr də, mərasimin keçirildiyi günlərdə bu sahələrə o qədər də diqqət yetirilməyib.

Xüsusən Azərbaycan mədəniyyəti ilə bağlı vəd verilən tədbirlərin çoxu baş tutmayıb, Azərbaycan mədəniyyətini sadəcə bir neçə aşığın, balabançı və qoşanağaraçının təmsil etməsinə icazə verilib.

Qurulan rəsm sərgilərində İran-fars rəssamlıq məktəbi təbliğ olunub, Təbrizin İranın ayrılmaz parçası olduğu təlqin edilib və fars mədəniyyətinin ünsürlərindən biri kimi qələmə verilib.

Burada xüsusilə Azərbaycan dili ilə bağlı diqqətəlayiq heç bir tədbir keçirilməyib, çıxışlar olmayıb, Şəhriyarın “Heydərbabaya salam” poemasından bir-iki bənd oxunub, Azərbaycan dili və mədəniyyəti bir-iki bayatı səviyyəsində təqdim edilib.

Azərbaycanlı musiqiçilər, sənət adamları, müğənnilər tədbirə buraxılmayıb, fars musiqi və mədəniyyətinin zənginləşdirilməsində rolu olan, Azərbaycan mədəniyyətinə aidiyyəti olmayan şəxslər Təbrizin və Azərbaycanın mədəniyyət nümayəndələri kimi təbliğ olunub.

Bu mərasim təşkilatçılar və bir sıra rəsmi qurumların da bildirdiyi kimi, Azərbaycan və Təbrizi İran, daha doğrusu, fars mədəniyyətinin bir parçası kimi qələmə vermək siyasətinə xidmət edib.

Xüsusən Təbriz Mədəniyyət Həftəsinin balğanış mərasimində farsca çıxış edən ölkə Prezidenti Məsud Pezeşkianın hər zaman olduğu kimi, azərbaycanlıların başına sığal çəkmək üçün Şəhriyarın “Heydərbabaya salam” poemasından iki bənd şeir oxumasına da irad bildirilib və o, şeirin davamını oxumağa cəsarət etməyib.

Bununla yanaşı İran iqtisadiyyatında əhəmiyyətli yeri olan Şərqi Azərbaycan iqtisadiyyatı çox cılız formada, Liqvan pendiri, Sarabın nehrə yağı, südlü dondurma, hansısa kəndin qovurması və bu kimi əhəmyyətsiz istehsalat səviyyəsində təqdim edilib.

Bütün bunlar isə həm Azərbayca əyalətlərindən, həm də İranın başqa bölgələrindən Azərbaycan və Təbriz adına görə Tehrana üz tutan minlərlə insanın çoxunun xəyal qırıqlığına səbəb olub.

Yerli sosial media şəbəkəsindəki paylaşımlar və yazılan rəylərdən də əksəriyyətin tədbirin bu formada keçirilməsindən narazı qaldığı, Təbriz adı ilə azərbaycanlıların bir daha aldadıldıqlarından narahatlıqları müşahidə olunur.

Tarix
2025.02.18 / 15:28
Müəllif
Cavidan Elbars
Digər xəbərlər

Bu şəxslər hərbi xidmətə çağırılmırlar - Səbəb

Yalçın Rəfiyev AB-nin yüksək səviyyəli toplantısında

Ramiz Mehdiyev Rusiyada bu qurumun üzvüymüş - Fakt

Azərbaycan bu qırıcıların yeni partiyasını qəbul etdi

Putin qəsdən görüş üçün bu şəhəri seçdi

Rusiyada daha bir azərbaycanlı iş adamı həbs olundu

Prezidentin xüsusi nümayəndəsi Arakçı ilə görüşdü

Zakir Həsənov Özbəkistana getdi, həmkarı ilə görüşdü

İki siyahı var: Biri “beşinci kolon”, digər isə Mehdiyevin…

İlham Əliyev Qazaxıstana getdi, belə qarşılandı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla