Yuxarı

Rusiyada daha bir azərbaycanlı iş adamı həbs olundu

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Rusiyada daha bir azərbaycanlı iş adamı həbs olundu

Rusiyanın Smolensk vilayəti Milli Konqresinin rəhbəri, iş adamı Faiq Əliyev rüşvət işi üzrə 4 il həbs və 8,465 milyon rubl cərimə olunub.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə prokurorluq bildirib.

Qeyd olunub ki, Smolensk şəhərinin Leninski Rayon Məhkəməsi Faiq Əliyevi Rusiya Cinayət Məcəlləsinin 291-ci maddəsinin 4-cü hissəsinin “b” bəndi üzrə təqsirli bilib. Maddəyə görə, o, vəzifəli şəxsə bilə-bilə qanunsuz hərəkətlərə və hərəkətsizliyə görə rüşvət verib.

Məhkəmə açıqlamasında deyilib ki, Faiq Əliyev 2020-ci ilin martından 2024-cü ilin dekabrına qədər otel kompleksinin və ticarət mərkəzinin sahibi olaraq PJSC MRSK Central – "Smolenskenergo"nun məmuruna 846 min rubl rüşvət verib.

Bundan əvvəl Smolensk vilayətinin prokuroru Aleksandr Spitsin bildirib ki, regionda iri müəssisələrdən, otellərdən, restoranlardan və yaşayış binalarından elektrik enerjisinin oğurlanmasını gizlətmək üçün 7 il ərzində enerji şirkətinin işçiləri sahibkarlardan rüşvət alıb. İlkin məlumata görə, rüşvətin ümumi məbləği 6 milyon rublu keçib. Faiq Əliyev də həmin korrupsiya sxemində təqsirləndirilən şəxs kimi cəlb olunub.

Prokurorluq bildirib ki, məhkəmə dövlət ittihamçısının rəyini nəzərə alaraq, Faiq Əliyevi 4 il müddətinə azadlıqdan məhrum edib və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkmək qərarına gəlib.

Tarix
2025.10.20 / 20:01
Müəllif
Axar.az
Digər xəbərlər

Yalçın Rəfiyev AB-nin yüksək səviyyəli toplantısında

Ramiz Mehdiyev Rusiyada bu qurumun üzvüymüş - Fakt

Azərbaycan bu qırıcıların yeni partiyasını qəbul etdi

Putin qəsdən görüş üçün bu şəhəri seçdi

Prezidentin xüsusi nümayəndəsi Arakçı ilə görüşdü

Zakir Həsənov Özbəkistana getdi, həmkarı ilə görüşdü

İki siyahı var: Biri “beşinci kolon”, digər isə Mehdiyevin…

İlham Əliyev Qazaxıstana getdi, belə qarşılandı - Video

Paşinyan Papa ilə görüşdü: Bakı ilə sülh sazişi...

Türk NATO-suna xeyir-dua verildi - ABŞ hərəkətə keçdi

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla