Yuxarı

Bakıdan İstanbula uçmaq istəyən iş adamı saxlanıldı

Ana səhifə Hadisə
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıdan İstanbula uçmaq istəyən iş adamı saxlanıldı

Bakıdan İstanbula təyyarə ilə uçmaq istəyən iş adamı Heydər Əliyev Beynəlxalq Aeroportunda narkotiklə saxlanılıb.

Axar.az "Qaynarinfo"ya istinadən xəbər verir ki, 1983-cü ildə Sumqayıt şəhərində anadan olmuş Əliyusif Xəlilovun Cinayət Məcəlləsinin 206.2 və 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmədə baxılıb.

Məlum olub ki, Əliyusif Xəlilov qanuni təmsilçisi olduğu şirkətin Türkiyənin İstanbul şəhərində filialı olduğu üçün sözügedən ölkəyə gedirmiş. Psixotrop maddə olan metamfetamindən istifadə edən iş adamı üzərində Bakı-İstanbul aviareysi ilə Türkiyəyə aparmaq məqsədilə həmin vasitəni gizlədib.

O, çətinləşdirən üsullardan istifadə etməklə psixotrop maddənin 1.408 qramını sellofan bükümdə qablaşdıraraq eynək qabının içərisində çiyin çantasına, 0.357 qramını isə kassa qəbzinə bükərək əynindəki açıq qəhvəyi rəngli gödəkçənin cibinə yerləşdirib.

Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılan Əliyusif Xəlilov məhkəmədə əməlindən peşman olduğunu bildirərək barəsində təyin ediləcək cəzanın şərti tətbiq edilməsini xahiş edib. Məhkəmənin hökmü ilə Əliyusif Xəlilov 2 il müddətinə dövlət və yerli özünüidarəetmə, özəl sahədə rəhbər və məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.

Tarix
2025.10.20 / 22:25
Müəllif
Axar.az
Digər xəbərlər

Marian Neakşu Qarabağa səfərə dəvət olundu - Foto

Üç Rusiya vətəndaşı axtarışa verildi - Baş Prokurorluq

Azərbaycan XİN Qabonu təbrik etdi

Azərbaycanda türk kanalları niyə göstərmir? - Nazir açıqladı

General rütbəsi alan sərhədçilər... - Dosye

Prezidentə “İrpen şəhərinin fəxri vətəndaşı” vəsiqəsi təqdim edildi

İlham Əliyev Yuşenko ilə görüşdü - Foto

İlham Əliyev İndoneziya prezidentini təbrik etdi

Ukraynanın keçmiş prezidenti Bakıya gəldi - Foto

İsmayılı şahlığa kimlər hazırlayıb: “Qırxlar Piri”…

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla