Yuxarı

Deputat Səyyad Əliyev İsrailə qaçmağa hazırlaşır?

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Deputat Səyyad Əliyev İsrailə qaçmağa hazırlaşır?

Rusiyanın Leninqrad vilayətinin Qanunvericilik Məclisinin deputatı, milyonçu Səyyad Əliyev barəsində hüquq-mühafizə orqanlarının araşdırma apardığı bildirilir.

Axar.az Modern.az-a istinadla xəbər verir ki, mənbələr istintaq orqanlarının Leninqrad vilayətinin Nevskaya Dubrovka qəsəbəsində torpaq sahələrinin və dövlət vəsaitlərinin əlaqəli şirkətlər vasitəsilə mənimsənilməsi faktlarını araşdırdığını iddia edib.

Qəsəbənin qeyri-rəsmi olaraq Səyyad Əliyevin “mülkiyyəti” hesab edildiyi vurğulanır.

Qəsəbə şurasına isə deputatın 28 yaşlı oğlu Elçin Əliyev rəhbərlik edir.

“Lisa BASILIO” kanalının məlumatına görə, Səyyad Əliyev Azərbaycan vətəndaşı olduğundan “Bakıya qaça bilər”. Bundan əlavə, onun İsrail vətəndaşlığı olduğu da iddia edilir.

Qeyd edək ki, Səyyad Əliyev əmək fəaliyyətinə “Lendrevprom” müəssisəsində taxta məmulatı yığan və emalçı kimi başlayıb. Daha sonra Leninqrad ağac emalı zavodunda kommersiya işləri üzrə direktor müavini vəzifəsinə qədər yüksəlib.

1990-cı illərin sonu - 2000-ci illərin əvvəllərində bir sıra şirkətlərə rəhbərlik edib. 2005-ci ildə Dubrovka şəhər bələdiyyəsinin sədri seçilib. 2011-ci ildə Leninqrad vilayət Dumasının deputatı olub, 2016-cı ildə isə vilayət “Vodokanal”ının rəhbəri təyin edilib.

Elə həmin il onun ofisində xüsusi təyinatlıların iştirakı ilə axtarış aparılıb. KİV-lər bu əməliyyatı 2012-ci ildə “Stari Qorod” restoranının sahibinin qaçırılması və ondan pul tələb edilməsi işi ilə əlaqələndirirdi. Həmin cinayət işi üzrə Novruz Məmmədov, Elvin Əhmədov, İsrail Abdullayev və daha iki şəxs həbs edilmişdi.

Səyyad Əliyev isə ittihamları rədd edərək hadisəni “rəqiblərinin planlaşdırdığı kampaniya” adlandırmış, lakin ad çəkməmişdi.

Tarix
2025.10.20 / 20:42
Müəllif
Axar.az
Digər xəbərlər

Bu şəxslər hərbi xidmətə çağırılmırlar - Səbəb

Yalçın Rəfiyev AB-nin yüksək səviyyəli toplantısında

Ramiz Mehdiyev Rusiyada bu qurumun üzvüymüş - Fakt

Azərbaycan bu qırıcıların yeni partiyasını qəbul etdi

Putin qəsdən görüş üçün bu şəhəri seçdi

Rusiyada daha bir azərbaycanlı iş adamı həbs olundu

Prezidentin xüsusi nümayəndəsi Arakçı ilə görüşdü

Zakir Həsənov Özbəkistana getdi, həmkarı ilə görüşdü

İki siyahı var: Biri “beşinci kolon”, digər isə Mehdiyevin…

İlham Əliyev Qazaxıstana getdi, belə qarşılandı - Video

KULT
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla