Yuxarı

Əfqanıstan və Pakistan Çində danışıqlara başladı

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
Əfqanıstan və Pakistan Çində danışıqlara başladı

Əfqanıstan və Pakistan nümayəndələri Çinin iştirakı ilə üçtərəfli mexanizm çərçivəsində sərhəddəki münaqişənin həllinə dair danışıqlar aparırlar.

Axar.az xəbər verir ki, bu barədə "Dawn" qəzeti Pakistanın Xarici İşlər Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.

"Çinin Urumçi şəhərində keçirilən danışıqlar daha əvvəl bu görüşə kömək etməsi xahişi ilə Çinə müraciət edən Əfqanıstanın təşəbbüsü ilə başlayıb", - məlumatda bildirilib.

Qeyd olunub ki, Urumçidəki görüşün məqsədi sərhəddəki hərbi münaqişənin dayandırılması yolları barədə fikir mübadiləsi aparmaqdır. Çin qarşılıqlı etimadın möhkəmləndirilməsi üçün ilk addım kimi iki ölkə arasında ticarətin bərpasına çağırır.

Xatırladaq ki, fevralın 26-sı axşam saatlarında Pakistan və Əfqanıstan sərhədində döyüşlər yenidən başlayıb. Pakistanın müdafiə naziri Xavaca Asif bildirib ki, hazırda onun ölkəsi və Əfqanıstandakı Taliban hökuməti açıq silahlı qarşıdurma vəziyyətindədir.

Tarix
2026.04.01 / 16:14
Müəllif
Axar.az
Digər xəbərlər

Rusiyadan Bakının rus jurnalistlərlə bağlı qərarına reaksiya

Pezeşkianla Əliyevin söhbətindən sonra yeni səhifə açıldı

Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi

Bunu Əliyevə təqdim etməkdən şərəf duydum - Norman

Yuşenko İlham Əliyevlə görüşündən yazdı: 20 ildən çoxdur...

Rəşad Aslanov etimadnaməsini Türkiyə XİN-ə təqdim etdi

Azərbaycan CNN-i məhkəməyə verdi

Sərhəddə yük maşınlarının sıxlığı ilə bağlı rəsmi açıqlama

İlham Əliyev Böyük Britaniyaya buna görə təşəkkür etdi

İlham Əliyev Britaniya səfirini qəbul etdi - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla