Yuxarı

İsmayılovun Londonda müsadirə edilən 4.7 milyonluq evi - Foto

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
İsmayılovun Londonda müsadirə edilən 4.7 milyonluq evi - Foto

“Zaminbank”ın (fəaliyyəti dayandırılıb - red.) həbsdə olan sabiq sədri Nadir İsmayılovun Böyük Britaniyada olan, daha sonra müsadirə edilən 4.7 milyon manat dəyərində olan evinin hansı ünvanda yerləşdiyi müəyyənləşib.

Axar.az Teleqraf-a istiandən xəbər verir ki, söhbət “Egerton Gardens” yaşayış kompleksindəki mənzildən gedir.

Çelsi bölgəsində yerləşən mənzilin yaxınlığında elit yaşayış zonaları və muzeylər var. “Egerton Gardens” həm də öz bağ sahəsi ilə seçilir. Bu bağ sahəsi yalnız burada evləri olan sakinlər üçündür.

Bu ərazi Londonda bahalı və elit yaşayış zonalarından biridir. Mənzil qiymətləri milyonlarla funt-sterlinq dəyərində ölçülür.

Binanın inşa tarixi 1886-cı ilə təsadüf edir, memarlıq əsasən Viktoriya dövrünə aiddir. Burada tarixən məşhur şəxslər yaşayıb. Onlardan biri də İngiltərədə edam olunan son qadın Ruth Ellis olub.

“Egerton Gardens”in yerləşdiyi küçə çox sakit və trafikdən uzaqdır. Ətrafda əsasən varlı ailələr, diplomatlar və iş adamları yaşayır, təhlükəsizlik yüksək səviyyədədir.

Bağ yalnız sakinlərə aid olduğu üçün özəl həyat çox qorunur. Bu, Londonun mərkəzində olub, amma səs-küydən uzaq bir həyat tərzi deməkdir.

Nadir İsmayılov belə bir əmlakın əldə çıxmaması üçün çox çalışıb. Hazırda 17 saylı cəzaçəkmə müəssisəsinin sakini olan sabiq bankir kassasiya şikayəti vermək üçün buraxdığı müddətin bərpa edilməsi barədə yeni qərar qəbul edilməsi üçün Ali Məhkəməyə müraciət edib. Lakin onun şikayəti təmin olunmayıb.

Onu da əlavə edək ki, bankirin Birləşmiş Krallığın HSBC bankında Nadir İsmayılov adlı hesabdan “Ata” təyinatı ilə köçürülmüş 2 470 000 Britaniya funt-sinterlinqi də aşkar edilərək müsadirə olunub.

Qeyd edək ki, N.İsmayılov 2004-2016-cı illərdə “Zaminbank”ın sədri olub. Külli miqdarda mənimsəmə ittihamı ilə 2020-ci ildə həbs edilib. O, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq), 179.3.2 (mənimsəmə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 320.2-ci (bilə-bilə saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham olunub.

Məhkəmədə araşdırması zamanı məlum olub ki, sabiq bankir 72.3 milyon manatı qulluq mövqeyindən istifadə edərək mənimsəyib. 5 milyon manatı isə dələduzluq yolu ilə ələ keçirib. Cinayət işinin materiallarına görə, “Zaminbank”ın bu günə olan cəmi öhdəlikləri 175 milyon manata yaxındır. Bu məbləğin 84,5 milyon manatı Mərkəzi Bank qarşısındadır. O, bu cinayət əməllərinə görə 14 il müddətinə azadlıqdan məhrum edilib. Nadir İsmayılovun cəzası sonradan 4 il azaldılıb. Sabiq bankirin Bakıdakı bir sıra mülkləri və bahalı avtomobilləri müsadirə olunub.

Tarix
2026.04.01 / 15:08
Müəllif
Axar.az
Digər xəbərlər

Zaxarova Azərbaycana təşəkkür etdi

Daha bir azərbaycanlı Ukraynada həlak oldu - Foto

TDT baş katibi Azərbaycana gəldi

İranın ciddi müqavimətinin arxasında kimlər dayanır?

Paşinyan sabah Moskvaya gedir - Putinlə sövdələşəcək!

Rusiya səfiri Azərbaycana təşəkkür etdi

Belçika Azərbaycana təşəkkür etdi

Səyyad Aranın qalmaqallı sözlərinə deputatlardan reaksiya

Bakıda rekord yağışların səbəbi müharibədir? - Şok açıqlama

29 il öncə Heydər Əliyev Ağ Evin xatirə kitabına nə yazmışdı?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla