Yuxarı

Sərhəddə atışma olub? - Sərkisyan çağırış etdi

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ermənistanın Azərbaycanla sərhəddə yerləşən Göyçə vilayəti istiqamətində atəşkəsin pozulduğu və atışma səslərinin eşidildiyinə dair məlumatlar yayılıb.

Axar.az Globalinfo.az-a istinadla xəbər verir ki, bəzi sakinlərin sosial şəbəkələrdə bu iddia ilə çıxış etdiyi və bir neçə erməni KİV-in də sözügedən paylaşımlara əsasən məlumat yaydığı bildirilir.

Vilayətin qubernatoru Karen Sərkisyan isə iddiaların həqiqətə uyğun olmadığını deyib:

“Göyçə vilayətinin sərhədləri boyunca atəşkəs rejiminin pozulması qeydə alınmayıb. Mətbuatı əsassız gərginlik yaratmamağa və reallığa uyğun gəlməyən məlumatları yaymamağa çağırıram”.

Qeyd edək ki, ötən gün “Joxovurd” qəzeti budəfəki delimitasiya və demarkasiya prosesinin sərhədə yaxın yerləşən Göyçə vilayətinin Çəmbərək (Qırmızıkənd - red.) və Sotk (Zod - red.) ərazilərindən başlayacağını yazmışdı.

Tarix
2025.02.21 / 14:25
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlılar mənim üçün yad deyillər - Kavelaşvili

İmamoğlu prezidentliyə namizədlik üçün müraciət etdi - Video

ABŞ-ın Ukrayna ilə bağlı siyasətinin 3 mühüm səbəbi

Ermənistan təmas xəttindən çox uzaqlarda mina yerləşdirib

Prezidentin ali xüsusi rütbə verdiyi Emil Qarayev - Dosye

Köhnə dollar sahiblərinə pis xəbər: Bütün risklər...

Qara dənizdə “Natiq Əliyev” və “Beqonia S” gəmiləri toqquşdu

AB müşahidəçiləri yenə sərhədimizdə - Video

ATƏT PA-da erməni deputatın əsassız iddiaları ifşa olundu

Hacıyevin İsrail səfəri: Siyasi dönüş başladı, qadağa ləğv edilir!

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla