Yuxarı

Ən çox təhsil krediti bu tələbələrə verilib

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Ən çox təhsil krediti bu tələbələrə verilib

Ötən il ərzində ən çox təhsil krediti alan universitetlər arasında Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) birinci yerdədir.

Axar.az xəbər verir ki, bu barədə Trend-in sorğusuna cavab olaraq Təhsil Tələbə Krediti Fondundan məlumat verilib.

Bildirilib ki, təhsil tələbə kreditləri respublikamızın ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin ali təhsil pilləsinin bakalavriat və magistratura səviyyələrində, orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin yüksək texniki peşə təhsili səviyyəsində əyani və ödənişli əsaslarla təhsil alan tələbələr üçün nəzərdə tutulub:

"Təhsil Tələbə Krediti Fondunun məlumatına görə, ötən il ərzində ən çox təhsil krediti alan universitetlər arasında Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) birinci yerdədir. Daha sonra Gəncə Dövlət Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti və Azərbaycan Kooperasiya Universiteti gəlir.

Nəzərinizə çatdıraq ki, hazırda 2024/2025-ci tədris ilinin yaz semestri üzrə təhsil tələbə kreditlərinə müraciət prosesi başlamışdır. Müraciətlərin qəbulu semestr sonuna kimi davam edəcəkdir".

Xatırladaq ki, statistikaya əsasən, Fond fəaliyyətə başladığı gündən etibarən bugünkü günə qədər Fonda məxsus elektron portala 62290 müraciət daxil olmuş, 48000 təhsil tələbə krediti müqaviləsi rəsmiləşdirilmişdir.

Tarix
2025.02.22 / 00:34
Müəllif
Axar.az
Digər xəbərlər

Pənah Hüseyn partiya sədrliyindən istefa verdi

ABŞ-ın Ankara və Bakı ilə bağlı yeni planı: Rusiya ilə birləşir

Ceyhun Bayramov pakistanlı həmkarı ilə görüşdü

Qazimiz də rus ordusuna qoşuldu: Qarşısını necə alaq?

Ramiz Mehdiyev bu iki nazirdən çəkinirdi

Eldar Mahmudova görə vəzifədən getdim - Eks-nazir

Ramil Səfərovun xanımı yeni vəzifəyə təyin edildi

Rusiyada saxlanılan Niyaz Zahidov Azərbaycandan deport edilib

Səudiyyədə əmlak sahibi olmaq istəyənlərin diqqətinə!

Vardanyan barədə sənədli film hazırlandı - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla