Yuxarı

Axar.Az Logo carnation

“Niyə bu dövləti dağıtdılar?” deyən Putin kövrəldi – Video

Ana səhifə Planet
12 Punto 14 Punto 16 Punto 18 Punto
“Niyə bu dövləti dağıtdılar?” deyən Putin kövrəldi – Video

Rusiya lideri Vladimir Putinin Sankt-Peterburqun meri, vaxtilə rəhbəri olmuş Anatoli Sobçakın ötən gün baş tutan anım günündə (Sobçak 20 fevral 2000-ci ildə 62 yaşında gözlənilmədən vəfat edib – red.) onunla bağlı danışdığı bir xatirə diqqət çəkib.

Axar.az xəbər verir ki, Putin bu hadisənin yalnız ona bəlli olduğunu və indi dilə gətirmək istədiyini ifadə edib.

O deyib ki, Sobçak SSRİ-nin dağılmasını çox ağrılı qarşılayıb:

“Xatırlayıram, bir gün işdəydim (Vladimir Putin Sobçakın katibi olub – red.), o, Moskvadan qayıtdı, əlində olan hansısa vərəqləri masanın üstünə atdı. Harasa baxdı və sonra dedi: “Niyə onlar bunu edirlər?” Mən dedim ki, siz nə haqda danışırsınız, Anatoli Aleksandroviç? O qayıtdı ki, niyə onlar ölkəni parçalayıb-dağıdırlar?”

Sonra Rusiya lideri qəmginliklə “indi bu barədə şərh etmək istəmirəm” deyə, kövrəldiyini belə nümayiş etdirib.

Qeyd edək ki, Putinin SSRİ-nin dağılmasını “faciə” adlandırması ilk dəfə deyil. Ancaq budəfəki çıxışı onun bu hadisədən necə sarsılmasını daha çılpaqlığı ilə nümayiş etdirir ki, bu da politoloqların müzakirəsinə səbəb olub. Belə ki, Putinin bütün siyasi fəaliyyətinin SSRİ-ni bu və ya digər formada bərpa etməyə həsr etdiyi gündəmə gətirilib.

Tarix
2025.02.21 / 23:54
Müəllif
Axar.az
Digər xəbərlər

2026-da Azərbaycanla müharibə riski... - Ermənistan kəşfiyyatı

Tehran xalqı aksiyalara səsləyən əsas şəxsin adını belə çəkmir

Xəzər dənizinin taleyini həll etməliyik - Tokayev

Prezident Davosda "Avronyus"a müsahibə verdi - Foto

Deputat: 20 Yanvar faciəsi terrorun bariz nümunəsi idi

Onlar da Zəngəzur dəhlizinə öz pəncələrini qoydular - Poqosyan

Türkiyə XİN 20 Yanvar faciəsinin qurbanlarını yad etdi

Kürd silahlılar istifadə edildi və atıldı: hər şey bitdi - Köçəryan

Prezident Şəhidlər xiyabanını ziyarətinə dair video paylaşdı

Çin Rusiya üzərində qiymət təzyiqini artıracaq – Şərh

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla