Yuxarı

Prezidentin ali xüsusi rütbə verdiyi Emil Qarayev - Dosye

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
Prezidentin ali xüsusi rütbə verdiyi Emil Qarayev - Dosye

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyevin srəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti rəisinin müavini Emil Maqsud oğlu Qarayevə 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri ali xüsusi rütbəsi verilib.

Axar.az xəbər verir ki, E.Qarayev 1984-cü il tarixdə Bakı şəhərində anadan olub. 2005-ci ildə Bakı Dövlət Universitetinin hüquqşünaslıq ixtisasını bakalavr pilləsi üzrə, 2009-cu ildə eyni universitetin cinayət hüququ, cinayət prosesi, kriminalistika və məhkəmə ekspertizası ixtisasını magistr pilləsi üzrə bitirib.

2005-2006-cı illərdə Azərbaycan Ordusu sıralarında hərbi xidmətdə olub.

2006-2009-cu illərdə "Deloitte Touche" MMC-də vergi üzrə məsləhətçi, 2009-2011-ci illərdə baş məsləhətçi, 2011-2016-cı illərdə vergi üzrə menecer və baş menecer, 2016-2019-cu illərdə vergi və hüquq məsələləri üzrə direktor vəzifələrində işləyib.

2019-cu ilin may-iyul aylarında Vergilər Nazirliyi yanında Milli Gəlirlər Departamentinin baş direktorunun müavini, 2019-cu ilin iyul-avqust aylarında baş direktorunun 1-ci müavini vəzifələrində çalışıb.

2019-2020-ci illərdə Vergilər Nazirliyi yanında Milli Gəlirlər Baş idarəsi rəisinin 1-ci müavini, 2020-2021-ci illərdə Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsi rəisinin 1-ci müavini, 2021-2022-ci illərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş idarəsinin rəisi vəzifəsində işləyib.

2022-2024-cü illərdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Aparatının rəhbəri vəzifəsində çalışıb.

14 iyun 2024-cü ildə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəisinin müavini vəzifəsinə təyin edilib.

Ailəlidir, 2 övladı var.

Tarix
2025.02.21 / 21:29
Müəllif
Axar.az
Digər xəbərlər

PA rəhbəri COP32 prezidenti ilə görüşdü

Efiopiya baş naziri Əliyevə Azərbaycan dilində təşəkkür etdi

Mixay Popşoy Azərbaycana gəlir

Efiopiyanın Baş naziri Səngəçal neft terminalında oldu

Prezident yeni baş konsul təyin etdi

Vens Bakı və İrəvana səfər etdi, Tiflis kənarda qaldı...

Paşinyanla Annanın ayrılığında şok detallar

Efiopiyanın baş nazirinin şərəfinə rəsmi nahar verildi

Efiopiya ilə bir sıra sənədlər imzalandı - Foto

General: Rəhim Qazıyev istefa verən kimi başladılar... - Video

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla