Yuxarı

Xanabadda 161 ev tam hazır vəziyyətə gətiriləcək

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Xanabadda 161 ev tam hazır vəziyyətə gətiriləcək

Xocalının Xanabad kəndində ilk köç fevral ayında reallaşıb və ilkin mərhələdə buraya 154 nəfərdən ibarət 38 ailə qayıdıb.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Afət Telmanqızı deyib.

Onun sözlərinə görə, ilin sonunadək Xanabad kəndində 161 ev tam hazır vəziyyətə gətiriləcək:

“İlin sonunadək isə daha 41 ev tikiləcək. Burada insanların rahat, təhlükəsiz yaşaması üçün hər cür şərait yaradılıb. Təbii ki, burada söhbət sosial infrastrukturun qurulmasından gedir. Elektrik, qaz xətləri bərpa olunub, bəziləri yenidən çəkilib. Hazırda Xanabad kəndində üç transformator məntəqəsi var. İnsanların içməli su ilə təminatını yaxşılaşdırmaq üçün su anbarları, subartezian quyuları təmir olunub”.

Tarix
2026.02.28 / 00:35
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla