Yuxarı

General: Rəhim Qazıyev istefa verən kimi başladılar... - Video

Ana səhifə Gündəm
12 Punto 14 Punto 16 Punto 18 Punto
General: Rəhim Qazıyev istefa verən kimi başladılar... - Video

1992-ci ildə əks-hücuma başladıq. Kəndlərimizi azad edərək Qarqar çayına qədər irəlilədik və orada mövqe tutduq. Ağdam istiqamətində qüvvələrimiz Dəhrəzə qədər çatmışdı, Xankəndiyə isə cəmi 5 kilometr qalırdı.

Axar.az xəbər verir ki, bu sözləri Axar TV-ə geniş müsahibəsində Azərbaycan müdafiə nazirinin sabiq müavini, Müdafiə Nazirliyinin Baş Əməliyyat İdarəsinin sabiq rəisi, general-mayor Elbrus Orucov bildirib.

“Niyə bizi parçaladılar, vəzifədən azad etdilər? Azad edənin məqsədi nə idi? Gəlin bunu Rəhim Qazıyevdən soruşaq. Niyə görə Rəhim Qazıyev 1993-cü ilin fevralında müdafiə naziri vəzifəsindən imtina etdi? Ardınca onun tabeçiliyində olan zabitlər də “xalq düşməninin adamları” adı ilə vəzifədən uzaqlaşdırıldı. Nazirlikdə tez-tez dəyişikliklər oldu, bir neçə nazir gəldi və getdi. Baş Qərargah rəisi Şahin Musayevi həbs etdilər. Onu daxildə olan düşmənlərimiz edirdi. Fikirləşirdilər ki, Qarabağı verəndən sonra “böyük ləzgistan”, “talış muğan respublikası”, “gəncə xanlığı” yaradacaq, Azərbaycanı parçalayacaqdılar. Xahiş edəcəkdilər ki, rus qoşunları yenə də gəlib otursun çiynimizdə və Azərbaycan xalqını dizi üstə qoysun”, - Orucov bildirib.

Daha ətraflı videoda:

Tarix
2026.02.27 / 15:21
Müəllif
Axar.az
Digər xəbərlər

Əli Əsədov suriyalı nazirlə görüşdü - Foto

Prezident Bakıda mühüm forumda... - Video

Türkiyədə Bakıya qarşı kampaniya - Nə baş verib?

Türkiyədə Azərbaycana qarşı kampaniya... - MM

Forumda sənədlər mübadilə edildi - Foto

Təhsil bir nömrəli prioritetdir - İlham Əliyev

Özünüz yoxlayın, saxta xəbərlərə etibar etməyin!

İlham Əliyev: Azərbaycan yeganə ölkədir ki...

Bakıda foruma qatılanların aktivləri 30 trilyon dollardır

Bizim regionda geosiyasi vəziyyət dəyişsə...

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla