Yuxarı

Sərsəngdə 16 milyonluq təmir işlərinə başlanılır

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Sərsəngdə 16 milyonluq təmir işlərinə başlanılır

Sərsəng su anbarında təmir və bərpa işlərinə başlanılır.

Axar.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti artıq bununla bağlı müvafiq işləri yekunlaşdırıb.

Belə ki, qurum su anbarında təmir və bərpa işlərini "Hidro İnşaat Servis" Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) həvalə edib və müqavilə imzalayıb.

Müqaviləyə əsasən, sözügedən işlərin icrası 15,973 milyon manata başa gələcək.

Qeyd edək ki, bir müddət əvvəl Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti Sərsəng su anbarında təmir işləri ilə bağlı tender elan etmişdi.

Sərsəng su anbarı Azərbaycanın ən bolsulu çaylarından olan Tərtərçayın üzərində yerləşir. Ümumi həcmi 560 milyon kubmetr olan su anbarı Qarabağ iqtisadi rayonunun ən iri su hövzəsidir. Bəndin hündürlüyü 125, uzunluğu 555, eni isə 10,2 metrdir. Sərsəng su anbarı vasitəsilə Bərdə, Tərtər, Ağdam, Ağcabədi, Yevlax və Goranboy rayonlarında, ümumilikdə 96 min hektardan çox ərazi suvarılır. Su anbarının bəndində ümumi gücü 50 meqavat olan su elektrik stansiyası tikilib.

Tarix
2026.02.27 / 21:38
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla