Yuxarı

Milli Məclisin adı səhvdir - Rafael Hüseynov

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto
Milli Məclisin adı səhvdir - Rafael Hüseynov

Milli Məclisin VHP-dən olan vitse-spikeri Rafael Hüseynov parlamentin bugünki iclasında “Mədəniyyət haqqında” qanunda terminlərin müzakirəsi zamanı qalmaqallı təkliflə çıxış edib.

Axar.az xəbər verir ki, vitse-spiker bildirib ki, Azərbaycan dilinin qrammatikası “Milli Məclis” deyil, “Millət Məclisi” ifadəsinin işlədilməsini tələb edir.

Onun sözlərinə görə, dilin daxili qanunları və qrammatik məntiq nəzərə alınmalıdır:

“Azərbaycan dilinin qrammatikası tələb edir ki, “Milli Məclis” ifadəsindən deyil, “Millət Məclisi” ifadəsindən istifadə olunsun. Bu konteksdə dilimizin qrammatik ruhuna daha uyğun ifadələr gələcəkdə qanun layihələrində yer almalıdır”.

Qeyd edək ki, Azərbaycan Milli Məclisinin əsası 1918-ci il dekabrın 7-də qoyulub. 1920-ci ilin aprelində sovetləşmə ilə parlamentin fəaliyyəti dayandırılıb.

Müstəqillik bərpa edildikdən sonra 1991-ci ildə Azərbaycanın ali qanunverici orqanı yenidən formalaşdırılıb. 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilən Konstitusiyaya əsasən Azərbaycan Respublikasının Milli Məclisi ölkənin ali qanunverici hakimiyyət orqanı kimi təsbit olunub.

Hazırda Milli Məclis 125 deputatdan ibarətdir və beşillik müddətə seçilir.

Tarix
2026.02.27 / 21:56
Müəllif
Axar.az
Digər xəbərlər

Alman və azərbaycanlıların tarixindən bəhs edən film - Video

Baxçalıdan Azərbaycanla bağlı - Bəyanat

Ərdoğanın Azərbaycana sevgisi... - AKP-dən açıqlama

Ermənistan və Qırğızıstan sənəd imzaladı

Füzulinin iqtisadiyyatı 4 dəfə böyüyüb - Deputat

Türkiyə ilə Azərbaycan arasında gərginlik... - Fuad Oqtay

Pezeşkian: İki türk bir-biri ilə farsca danışır - Video

Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi

YAP GB-nin yeni tərkibi bəlli oldu - Sədr seçildi

COP17-nin İrəvanda keçirilməsi ədalətsizlikdir - Koalisiya

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla