Yuxarı

DİN işə qarışdı, Kənan MM Orxan Saffaridən üzr istədi

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
DİN işə qarışdı, Kənan MM Orxan Saffaridən üzr istədi

19:12

Rejissor Kənan Mahmudov onun haqqında tənqidi məqalə yazan yazar Orxan Saffarini ötən gün sosial şəbəkə hesabında ağır sözlərlə təhqir etmişdi, bunun ardınca isə geniş müzakirə başlamışdı.

Axar.az xəbər verir ki, bu gün hər iki şəxs Nəsimi Rayon Polis İdarəsinə dəvət olunub və onlarla geniş söhbət aparılıb.

Orxan Saffari sosial şəbəkə hesabında “xoşagəlməz məsələnin polislərin iştirakı ilə sonlandığını” yazıb:

“Bu andan etibarən bu söhbət mənim üçün bağlanmış hesab olunur. Nəsimi Rayon Polis İdarəsinə, rəisi Vüqar Ağayevə və əməkdaşlarına operativ reaksiyaya, hər ikimizə göstərdikləri xüsusi rəftara görə minnətdaram”.

Kənan Mahmudov isə öz profilindən üzrxahlıq müraciəti paylaşıb:

“Dünən dostumla “Qarabağ”ın oyununa baxmağa getmişdim. Məkana çatanda artıq təzyiqim normal deyildi. Düşündüm ki, sadəcə ehtiram xatirinə bir az oturum, sonra sakitcə çıxıb gedərəm. Söhbət əsnasında öyrəndim ki, Orxan mənim haqqımda status paylaşıb. Yazıda açıq təhqir yox idi, amma illərdir sənətimdə çəkdiyim əziyyəti, dişimlə-dırnağımla qazandığım yola kölgə salan bir yanaşma vardı. Halbuki 40 bölümlük Türkiyədə çox məşur “Savaşçı” serialında Azərbaycan zabitini canlandırmışam, həmin serialda Qarabağ və Xocalı mövzularına toxunan səhnələri özüm qələmə almışam. “Qayıdış” filmi Alanya Film Festivalında münsiflər heyətinin xüsusi mükafatına layiq görülüb, həmçinin Ərzurum Gözəl Sənətlər fakültəsində dərs vəsaiti kimi tədris olunur. Bunları görməmək, bilməmək və ya bilmək istəməmək onun seçimidir. Amma adam məndən müsahibə alsaydı, bütün bunları sakit şəkildə izah edərdim, sadəcə buna ehtiyac duymayıb.

Etiraf edirəm, özümü saxlaya bilmədim. Nömrəsini tapıb zəng etdim, əsəbi danışdım, qarşılıqlı ağır sözlər oldu. Bununla da kifayətlənməyib, bir status yazdım və məsələyə heç bir aidiyyəti olmayan valideynlərini təhqir etdim. İki dəqiqə keçməmiş yazını sildim. Bunun zatən doğru olmadığını o an anlamışdım, husslərimə hakim ola bilmədim, məhz buna görə peşmanam və həmin ağsaqqal, ağbirçək insanlardan və Orxandan səmimi şəkildə üzr istəyirəm. Böyüyün qarşısında üzr istəmək insanı kiçiltmir, əksinə böyüdür.

Emosional insanam, bunu danmıram. Allah şahiddir ki, gecəni çox ağır keçirmişəm. Səhhətimlə bağlı detallara girmək istəmirəm, mövzunu başqa yerə çəkmək niyyətim yoxdur.

Allah şeytana lənət eləsin.

Orxan Saffari ilə görüşdük və barışığımızı bərpa etdik”.

Tarix
2026.02.19 / 21:21
Müəllif
Kult.az
Digər xəbərlər

Azərbaycan bundan ən çox zərər çəkən ölkələrdəndir

Prezidentin tapşırığı: İrana humanitar yardım yola salınır - Foto

Prezidentdən İran açıqlaması: Yanında olmağa davam edəcəyik

İran doğrudanmı F-35-ləri vurur? - Ekspert

Əliyevlə söhbətimdə bunu yüksək qiymətləndirdim - Pezeşkian

Yeni ödənişli yolun qiyməti nə qədər olacaq?

Dövlətlər buna sövq edilir - DTX rəisi

Tramp İran savaşını bu tarixdə bitirəcək

Ceyhun Bayramov uqandalı nazirlə görüşdü

Daha bir dələduzluq forması: “İran ordusuna yardım”... - Foto

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla