Yuxarı

Bakıda da yayılan dəhşətli xəstəlik – Yuxu…

Ana səhifə Kult
12 Punto 14 Punto 16 Punto 18 Punto
Bakıda da yayılan dəhşətli xəstəlik – Yuxu…

2013-cü ildə Qazaxıstanda qəribə bir xəstəlik yayılır: xəstəliyə yoluxan insanlar iş yerlərində, məktəb partası arxasında yuxuya gedirlər və onları bir neçə sutka ərzində oyatmaq olmur. O dövrdən Qazaxıstan və Rusiya alimləri fəal iş aparsa da, xəstəliyin səbəbini hələ də müəyyən etmək mümkün olmayıb. Bununla belə, tibbi tədqiqatlar həmin insanların sağlam olduğunu göstərir.

Yuxu xəstəliyi 20-ci əsrin ən dəhşətli epidemiyalarından biridir.

1916-cı ilin əvvəllərində Avstriya və Fransada yaranıb bu xəstəlik və bir il ərzində o qədər çox xəstə insana yoluxub ki, bunu artıq epidemiya adlandırmaq olardı. Sayları əvvəlcə yüzlərlə, sonra minlərlə, sonra isə milyonlarla olan xəstələrin anlaşılmaz vəziyyəti avropalı həkimləri çaş-baş salmışdı.

“Yuxu xəstəliyi” kimi tanınan bu epidemiyanın əlaməti insanların saatlarla, günlərə yatmasına səbəb olurdu və çox vaxt pasiyentlər oyanmırdı.

Ölməyənlər bir neçə həftə, hətta aylar belə qəribə “asma animasiya”da yata bilirdilər və xəstəliyin kəskin mərhələsi keçəndə yenə də normal insanlara oxşamırdılar. Onlar artıq gecə-gündüz yatmırdılar, heç bir söz demədən, heç bir duyğu ifadə etmədən hərəkətsiz otura bilirdilər. Oyanandan sonra heç biri başlarına gələnləri xatırlaya bilmirdi.

Bu epidemiya elm adamları üçün əsl sirr halına gəldi, çünki bu xəstəliyin müalicəsi hələ də yoxdur.

Xatırladaq ki, 1916-1917-ci illərdə bu xəstəliyə 5 milyon insan yoluxmuşdur. Kəskin fazada olan xəstələrdə ölüm nisbəti 20-40% arasında dəyişirdi. İnsanlar əsasən tənəffüs çatışmazlığından ölürdülər, lakin ölümün əsas səbəbi hələ də “yuxu xəstəliyi” sayılırdı.

1923-25-ci illərdə Rusiyaya da gəlib çatmışdı. Moskvada, Bakıda, Kişinyovda, Kiyevdə belə simptomlar müşahidə edilirdi və Köhnə-Yekatrina xəstəxanası müalicə üçün ayrılmışdı və çox gizli şəkildə xəstələr ora aparılırdı. Hər dörd nəfərdən biri yuxudan ayıla bilmirdi.

Professor Mixail Marqulis bu xəstəxananın rəhbəri olaraq təyin edilmişdi. Rəsmi rəqəmlər 100-dən çox ölüm olduğunu yazsa da, bolşevik rəhbərlər məlumatları “tam məxfi” saxlamağa qərar verir.

Xəstəlik 1927-ci ilə qədər davam edir, lakin ən maraqlısı odur ki, həkimlərin səyi ilə deyil, öz-özünə yox olur - müəmmalı və gözlənilməz şəkildə.

Tarix
2025.02.16 / 08:00
Müəllif
Zaur Əliyev
Digər xəbərlər

Azərbaycan, Rusiya və Gürcüstan... - Paşinyan

Azərbaycan və Pakistan XİN başçıları danışdı

Türkiyə Azərbaycanın istəmədiyi heç bir prosesdə yer almır

Bu türk ölkəsi də “Tramp yolu”na maraq göstərir

Trampın İranla bağlı dəhşətli planı: Müharibə bitməyib!

Türkiyənin qəzaya uğrayan C-130 təyyarəsi: Terakt olub?

Prezident Türkiyənin daxili işlər nazirini qəbul etdi

İlham Əliyev Litvanın baş nazirini qəbul etdi

İran dünyanı diz çökdürür – CNN

Şıxlinskinin həbs cəzası 31 ilə qaldırılır?

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla