Yuxarı

Ölkə ərazisində 16 dərəcəyədək şaxta var

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

09:05

Fevralın 21-i saat 8:00-a olan məlumata əsasən Ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Axar.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Məlumata əsasən, hazırda Bakıda və Abşeron yarımadasında, eyni zamanda ölkənin əksər yerlərində qar yağır.

Yağan qarın hündürlüyü Zaqatalada (Əlibəy) 71, Qaxda (Sarıbaş) 50, Gədəbəydə 45, Şəkidə 25, Qubada 17, Şahdağ, Kəlbəcərdə 15, Lerikdə 14, Laçın, Qubadlı, Daşkəsən, Oğuzda 12, Altıağacda 11, Şamaxı, Naxçıvanda 10, Balakən, Şuşa, Şahbuz, Xaltanda 8, Xocalı, Xankəndi, Şərur, Tərtərdə 7, İmişli, Füzuli, İsmayıllı, Ağdamda 6, Zərdab, Tovuz, Qəbələdə 5, Qusar, Yardımlı, Culfa, Qobustan, Ağstafa, Göyçayda 3, Cəlilabad, Şabran, Ağsu, Naftalanda 1, Bakıda və Abşeron yarımadasında isə 7 sm-dir.

Şimal-qərb küləyi əsir, narıncı xəbərdarlığa uyğun olaraq küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 25 m/s-dək güclənib.

Dənizdə dalğanın hündürlüyü 5.1 metrdir.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 1, Naxçıvan MR-da 9, dağlıq rayonlarda 15 dərəcəyədək şaxta qeydə alınıb.

***

Fevralın 21-i saat 13:00-a olan məlumatına əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edir.

Bu barədə Milli Hidrometeorlogiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Şərur, Şahbuz, Ordubad, Sədərək, Naftalan, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Balakən, Tovuz, Ceyrançöl, Göygöl, Gəncə, Altıağac, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Gədəbəy, Daşkəsən, Ağstafa, Şabran, Şəmkir, Ağdam, Biləsuvar, Sabirabad, Hacıqabul, Göyçay, Lənkəran, Yevlax, Kürdəmir, Neftçala, Astara, Beyləqan, Bərdə, Lerik, İmişli, Mingəçevir, Sabirabad, Yardımlı, Zərdab, Tərtər, Laçın, Qubadlı, Şuşa, Xankəndi, Xocalı, Zəngilan, Füzulidə qar yağır.

Narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyinin sürəti Bakıda və Abşeron yarımadasında 27 m/s-dir. Dənizdə dalğanın hündürlüyü 5.5 metrdir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 3, Aran rayonlarında 1, Naxçıvan MR-da 4, dağlıq rayonlarda 14 dərəcəyədək şaxta qeydə alınıb.

***

Ölkə ərazisində soyuq, qarlı hava şəraiti davam edir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin saat 15:00-a olan məlumatında qeyd edilib.

Bildirilib ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Şahbuz, Ordubad, Sədərək, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Ağstafa, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Tərtər, Mingəçevir, Yevlax, Göyçay, Beyləqan, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astara, Ağdam, Şuşa, Laçın, Füzuli, Zəngilan, Xankəndi, Qubadlıda qar yağır.

Narıncı xəbərdarlığa uyğun olaraq şimal-qərb küləyinin sürəti Bakıda və Abşeron yarımadasında 25 m/s-dir. Dənizdə dalğanın hündürlüyü 5.6 metrdir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək şaxta, Aran rayonlarında 0 dərəcəyə yaxın, Naxçıvan MR-da 3, dağlıq rayonlarda 10 dərəcəyədək şaxta qeydə alınıb.

***

Milli Hidrometeorologiya Xidmətinin fevralın 21-i saat 18:00-a olan məlumatına görə, ölkə ərazisində şaxtalı və fasilələrlə qarlı hava şəraiti davam edir.

Qeyd olunur ki, Bakıda və Abşeron yarımadasında, Naxçıvan, Şahbuz, Sədərək, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Quba, Qusar, Xaltan, Göyçay, Zərdab, İmişli, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Beyləqan, Yardımlı, Lerik, Lənkəran, Astara, Şuşa, Kəlbəcər, Laçın, Xankəndi, Qubadlıda qar yağır.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 25 m/s-dir. Dənizdə dalğanın hündürlüyü 5.7 metrdir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcəyədək şaxta, Aran rayonlarında 0 dərəcəyə yaxın, Naxçıvan MR-da 3, dağlıq rayonlarda 15 dərəcəyədək şaxta qeydə alınıb.

***

Ölkə ərazisində soyuq, fasilələrlə qarlı hava şəraiti davam edir.

Bu barədə Milli Hidrometeorologiya Xidmətinin fevralın 21-i saat 21:00-a olan məlumatında bildirilib.

Məlumata görə, Naxçıvan, Şahbuz, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Göygöl, Naftalan, Balakən, Qax, Zaqatala, Şəki, Oğuz, Qəbələ, Şamaxı, Qobustan, Quba, Qusar, Tərtər, Yevlax, Hacıqabul, Göyçay, Zərdab, İmişli, Beyləqan, Kürdəmir, Sabirabad, Neftçala, Biləsuvar, Yardımlı, Lerik, Lənkəran, Astara, Şuşa, Laçın, Xankəndi, Qubadlıda qar yağır.

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir, narıncı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 22 m/s-dir. Dənizdə dalğanın hündürlüyü 5.4 metrdir.

Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 1, Naxçıvan MR-da 6, dağlıq rayonlarda 16 dərəcəyədək şaxta qeydə alınıb.

Tarix
2025.02.21 / 21:14
Müəllif
Axar.az
Digər xəbərlər

Azərbaycanlılar mənim üçün yad deyillər - Kavelaşvili

İmamoğlu prezidentliyə namizədlik üçün müraciət etdi - Video

ABŞ-ın Ukrayna ilə bağlı siyasətinin 3 mühüm səbəbi

Ermənistan təmas xəttindən çox uzaqlarda mina yerləşdirib

Prezidentin ali xüsusi rütbə verdiyi Emil Qarayev - Dosye

Köhnə dollar sahiblərinə pis xəbər: Bütün risklər...

Qara dənizdə “Natiq Əliyev” və “Beqonia S” gəmiləri toqquşdu

AB müşahidəçiləri yenə sərhədimizdə - Video

Sərhəddə atışma olub? - Sərkisyan çağırış etdi

ATƏT PA-da erməni deputatın əsassız iddiaları ifşa olundu

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla