Yuxarı

Təbii qazın verilməsində kəsinti olacaq? – Rəsmi

Ana səhifə Toplum
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azəriqaz" İstehsalat Birliyi ötən gündən etibarən ölkədə soyuq hava şəraiti və havanın kəskin sürətdə pisləşməsi ilə bağlı olaraq bütün növbədənkənar işçi heyətinin işə cəlb olunması prosesini həyata keçirib.

Axar.az xəbər verir ki, bu barədə Report-a açıqlamasında "Azəriqaz"ın İctimaiyyətlə əlaqələr şöbəsinin müdir Eldəniz Vəliyev deyib.

Onun sözlərinə görə, bu, onunla əlaqədardır ki, soyuq hava şəraitində abonentlər hər hansı bir problem yaşamasınlar:

"May ayından etibarən hər il "Azəriqaz" İstehsalat Birliyi olaraq biz payız-qış mövsümünə hazırlıq prosesini icra edirik. Bu proseslər çərçivəsində yeraltı qaz xətlərinin yerüstü laylar üzərinə qaldırılması, korroziyaya uğramış qaz borularının yeniləri ilə əvəz olunması və sızmaların vaxtından aşkar olunması kimi tədbirlər həyata keçirilib. Bütün görülən işlər onu deməyə əsas verir ki, "Azəriqaz" olaraq biz abonentlərə söz vermişik ki, bu soyuq hava şəraitində heç bir ciddi problemlərlə üzləşməyəcəklər".

O qeyd edib ki, hər hansı bir ərazidə müəyyən mənada qazın təzyiqinin aşağı düşməsi kimi lokal problemlərin olması mümkündür:

"Bu zaman belə bizim əməkdaşlar dərhal baş vermiş hadisəyə reaksiya verir və bu cür lokal problemlərin aradan qaldırılması istiqamətində əllərindən gələni edirlər. Abonentləri əmin edə bilərəm ki, bu soyuq hava kütləsinin mövcud olduğu günlərdə onlar ciddi problemlər yaşamayacaq".

E.Vəliyev həmçinin bildirib ki, 24 saat ərzində növbəlilik prinsipi ilə çalışan qurumun 104 qəza xidməti gücləndirilmiş iş rejimində fəaliyyət göstərir, gələn zənglərin vaxtında cavablandırılması və problemlərin aradan qaldırılması üçün işçi heyətinin sayı da artırılıb.

Tarix
2025.02.21 / 19:49
Müəllif
Axar.az
Digər xəbərlər

Milli mətbuatın yaranmasından 150 il ötür

Sergey Markov Azərbaycana görə Rusiyada təhdid olundu

AZAL təyyarəsini vuran şəxsin - Fotosu

Şimali Makedoniya prezidenti Mikayıl Cabbarovu qəbul etdi

Yaqub Eyyubovun adından saxta açıqlama

Azərbaycan XİN Banqladeşə başsağlığı verdi

Hacıyevin adından Rusiya ilə bağlı saxta açıqlama yayıldı

Rusiya Azərbaycandan bunu istəyir

Ərdoğandan Zəngəzur açıqlaması: Buna inanıram!

Azərbaycan Rusiyanı məhkəməyə versə... – Kreml

KULT
<>
Xəbər xətti
  
  
  
Axar.az'da reklam Bağla
Reklam
Bize yazin Bağla